Ankarada türkiyəli şəhid diplomatların xatirəsi anılıb - FOTOLAR

2019/03/15529-1552912374.jpg
Oxunub: 502     16:31     18 Mart 2019    
Ankaradakı Cebeci Asri məzarlığında türkiyəli şəhid diplomatların xatirəsinə ucaldılan abidə önündə anım mərasimi təşkil olunub.

Çanaqqala dəniz döyüşləri zəfərinin ildönümü ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş mərasimdə səfirlər, Ankarada akkreditasiya olunan diplomatik korpusun təmsilçiləri, rəsmi şəxslər, şəhid diplomatların ailə üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.

Sonra xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran çıxış edərək Türkiyə Respublikasının qurulması, təhlükəsizliyinin təmin edilməsi, ərazi bütövlüyünün qorunması, xalqın azadlığı və rifahı yolundan canlarından keçən qəhrəman insanların xatirəsinin Türkiyədə hər zaman ehtiramla yad olunduğunu diqqətə çatdırıb. Nazir müavini bildirib ki, Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan istiqlal savaşı bugünkü azad və qüdrətli Türkiyənin təməli olub. Vurğulayıb ki, Türkiyə xalqı şəhid övladlarının xatirəsini əbədiyyətə qədər qəlbində uca tutacaq.

Qeyd edək ki, Türkiyə dünyada ən çox sayda diplomatı şəhid olan ölkədir. Diplomat şəhidlərin əksəriyyəti erməni terror təşkilatları tərəfindən öldürülüb. ASALA erməni terror təşkilatı üzvləri 1973-cü il yanvarın 27-də Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Mehmet Baydar ilə konsul Bahadur Dəmiri hədəfə alaraq qətlə yetiriblər. Sonrakı illərdə erməni terrorçular türkiyəli diplomatlara və onların ailə üzlərinə qarşı çox sayda amansız terror aktları həyata keçiriblər. (AzərTac)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Anım   ASALA  

Ankarada türkiyəli şəhid diplomatların xatirəsi anılıb - FOTOLAR

2019/03/15529-1552912374.jpg
Oxunub: 503     16:31     18 Mart 2019    