Erməni ekspert qorxudan sərsəmlədi: “İrəvan “İsgəndər”ə görə Moskvadan icazə almayacaq”

2019/03/34534-1552911443.jpg
Oxunub: 3213     16:27     18 Mart 2019    
ATƏT-in Minsk qrupu həmsədrlərinin 9 martda verdiyi bəyanat Qarabağ məsələsi ətrafında kifayət qədər maraqlı bir vəziyyət yaradıb. Eyni zamanda bir sıra vacib məslələri, məsələn sülh prosesinin necə və hansı mühitdə davam edəcəyini, ümumiyyətlə görüş zamanı Azərbaycan və Ermənistan rəhbərlərinin nə barədə danışacağı, erməni tərəfinin Qarabağın (qondarma qurum-red.) tərəf kimi təmsil olunmasında təkid etdiyi və ATƏT-in Minsk qrupunun bunun əleyhinə olduğu bir şəraitdə nə ətrafında danışıqlar aparacağı kimi məsələləri ortaya çıxarıb. Bu məsələni Azərbaycan da haqlı olaraq qəti şəkildə inkar edir. Digər əsas məsələ münaqişənin həlli prinsip və elementlərinə aiddir. Bu maddələrin izah edilməsinə, açıqlanmasına zərurət var.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məsələ ilə bağlı erməni politoloq Edvard Antinyan KİB-lərə müsahibə verib. Onun müsahibəsindən bəzi məqamları diqqətinizə çatdırırıq.

Erməni politoloq, tərəflərin mövqelərini və indiki vəziyyəti nəzərə alaraq, İrəvanın mövqeyinin nədən ibarət olmasını bu şəkildə şərh edib: “Xankəndindəki TŞ iclasında İrəvana onun (qondarma qurum-red.) əvəzinə danışıqlar aparılması səlahiyyəti verilməyib. Bundan sonra Ermənistan rəhbərliyinə dəstək göstərilməlidir. Hesab edək ki, məsələ razılıq əldə edilmədiyi bir məqama gəlib çatanda, daim müharibə ehtimalından bəhs edilir. Müharibə etməkdənsə, danışıqlar aparılması daha yaxşı çıxış yoludur. İndi elə bir vəziyyət yaranıb ki, Azərbaycan tərəfi danışıqlardan imtina edildiyi halda bunun alternativinin müharibə olacağını göstərməyə cəhd edir ki, cəmiyyət bundan təşvişə düşsün. Hesab edirəm ki, indi “B” planına hazırlıq görülməlidir.”.

Antintyan qeyd edib ki, razılaşdırılmış heç bir sənəd yoxdur, sadəcə danışıqların aparılması məqsədini daşıyan razılaşdırılmış bəndlər var.

“Bu, Madrid prinsipləri və məlum olduğu kimi Azərbaycan prezidentinin son məqamda imzalamaqdan imtina etdiyi, bir az forma dəyişikliyinə uğrayan Kazan sənədləridir. İndi biz nə baş verəcəyini qarşıdakı günlərdə görə biləcəyik. Mümkün ola biləcək təhdidlər barədə nüfuzlu ekspertlərin rəy və şərhləri səslənirdi. Ermənistan hökuməti bu şərhləri və baxışları nəzərə almalıdır”, - deyə o vurğulayıb.

Sarkisyan hakimiyyətinin razılıq əldə edilməsi üçün hər şey etdiyini deyən erməni politoloq, daim vaxtın uzadılmasını da etiraf edib: “Eyni zamanda praktiki cəhətdən həyata keçirilməməsi üçün bütün səyləri göstərib, daim vaxtı uzadıblar. Azərbaycan isə status-kvo müddətində daha çox silah əldə edilməsinə vaxt ayırıb. Ermənilər isə Azərbaycanda artıq Qarabağın onların ərazisi olmadığını dərk edən yeni gənc bir nəslin yetişməsinə nail olub”.

Müsahibə zamanı sərsəm fikirlər səsləndirməkdən çəkinməyən erməni politoloq ölkəmizi “İsgəndər”lərlə hədələməkdən çəkinməyib.

“Ermənilər elə silahlar əldə edir ki, hətta Bakını da hədəf ala bilər. Bu o deməkdir ki, əgər sən adi silahlarla üstünlük əldə etməyə çalışırsansa, demək bizi düymə sıxmağa məcbur edirsən, “İsgəndər”lərin tətbiq edilmə zərurəti yaranarsa, Rusiya ilə heç bir razılaşdırma olmayacaq, bu bizim silahlardır. Əgər bizi çox incidərsənsə, bu addımı atmağa məcbur olacağıq”, - deyə o sərsəmləyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Erməni ekspert qorxudan sərsəmlədi: “İrəvan “İsgəndər”ə görə Moskvadan icazə almayacaq”

2019/03/34534-1552911443.jpg
Oxunub: 3214     16:27     18 Mart 2019    