Ermənistan MN qısqançlığını gizlədə bilmədi: "Bizi maraqlandıran təlim deyil"

2019/03/Artsr-1552908694.jpg
Oxunub: 943     15:53     18 Mart 2019    
"Gürcüstanda davam edən “NATO-Georgia Exercise 2019” təliminin bizim döyüş hazırlığına bir aidiyyəti yoxdur və bizi maraqlandıran təlim deyil".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Artsrun Hovhannisyan Ermənistanın qeyd edilən təlimlərdə niyə iştirak etmədiyinə dair suala cavab verərkən bildirib.

Hovhannisyanın sözlərinə görə, hazırkı məqamda dəvət edilib, edilməməyin əhəmiyyəti yoxdur.

"Biz NATO ilə təhlükəsizliyimiz üçün zəruri olan sahələrdə əməkdaşlıq edirik", - deyə o öz qısqanclığını gizlədə bilməyib.

Qeyd edək ki, bu gün Gürcüstanda “NATO-Georgia Exercise 2019” komanda qərargah təlimi başlayıb. Təlimlərdə NATO-ya üzv və tərəfdaş 24 ölkədən 350-dək hərbi qulluqçu iştirak edir. Ermənistan bu təlimlərdə iştirak etmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   Təlim   Ermənistan  

Ermənistan MN qısqançlığını gizlədə bilmədi: "Bizi maraqlandıran təlim deyil"

2019/03/Artsr-1552908694.jpg
Oxunub: 944     15:53     18 Mart 2019    