NATO-nun Gürcüstandakı təlimlərində Ermənistan iştirak etmir

2019/03/10319-1552907547.jpg
Oxunub: 933     15:11     18 Mart 2019    
Bu gün Gürcüstanda NATO-ya üzv ölkələrin və alyansın tərəfdaşlarının “NATO-Gürcüstan 2019” adlı irimiqyaslı komanda-qərargah hərbi təlimlərinə start verilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin hərbi heyəti iştirak etmir.

Təlimlərdə Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Danimarka, Estoniya, Fransa, Norveç, Yunanıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Türkiyə, ABŞ, Azərbaycan, Gürcüstan və İsveçrədən hərbi heyət iştirak edir.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) ərazisində, martın 29-dək davam edəcək.

Qeyd olunur ki, ikinci dəfədir keçirilən bu tip hərbi təlim daha irimiqyaslı olacaq. Təlimlərdə Azərbaycan da daxil olmaqla, 24 ölkədən 343-dən çox hərbçi iştirak edəcək. Həmçinin, bu dəfəki NATO hərbi təlimləri Gürcüstan Silahlı Qüvvələrinin rəhbərliyi altında keçiriləcək.

Təlimə Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), BMT-nin Sülhməramlı Əməliyyatlar üzrə Departamenti (DPKO) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) müşahidəçi qismində cəlb olunacaqlar.

Təlimlərdə məqsəd Gürcüstan Silahlı Qüvvələrinin, Şimali Atlantika İttifaqının və tərəfdaş ölkələrin birgə fəaliyyətini gücləndirməkdir. Hərbi təlimlər zamanı NATO Baş katibi Yens Stoltenberqin də 25 mart tarixində Gürcüstana gəlməsi gözlənilir.

Gürcüstanın Müdafiə naziri Levan İzoriya “İmeli” telekanalına müsahibəsində bildirib ki, Tbilisinin NATO ilə əməkdaşlığı və keçirdiyi birgə hərbi təlimlər hansısa ölkəyə qarşı yönəlməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   NATO   Ermənistan   Təlim  

NATO-nun Gürcüstandakı təlimlərində Ermənistan iştirak etmir

2019/03/10319-1552907547.jpg
Oxunub: 934     15:11     18 Mart 2019    