Tramp Skaparrottinin yerinə gətirmək istədiyi şəxsin adını açıqlayıb

2019/03/trump-1552726773.jpg
Oxunub: 325     12:58     16 Mart 2019    
Tramp NATO Müttəfiq Qüvvələrinin Baş komandanı vəzifəsinə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Tod Uoltersin namizədliyini təklif edib.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Patrik Şanahan bildirib.

Onun sözlərinə görə, NATO Uoltersin təyinatını qəbul edib və əgər bu qərar Senat tərəfindən təsdiqlənsə, o bu postda ordu generalı Körtis Skaparrottini əvəzləyərək, həm də ABŞ ordusunun Avropa Komandanlığının rəhbəri olacaq.

Qeyd edək ki, Uolters 2016-cı ildən etibarən ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrika Komandanlıqlarına rəhbərlik edərək, onun bu qitələrdəki hava əməliyyatlarına nəzarət edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Skaparrotti   NATO   Tramp   Uolters  

Tramp Skaparrottinin yerinə gətirmək istədiyi şəxsin adını açıqlayıb

2019/03/trump-1552726773.jpg
Oxunub: 326     12:58     16 Mart 2019    