ABŞ Çin və Rusiyaya qarşı yeni arktika strategiyası hazırlayır

2019/03/thumb-1552726193.jpg
Oxunub: 528     13:48     16 Mart 2019    
ABŞ Şimal Qütbündəki buzlaqlarla bağlı yeni müdafiə strategiyası hazırlayır. Onun bu addımı buzlaqların əriməsi ilə Rusiya və Çinin Şimal Buzlu Okeanda yeni ticari dəniz yolu açma səylərindən sonraya təsadüf edir.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Pentaqon sözügedən strategiyanı iyunda Konqresə təqdim etməyi planlaşdırır.

Məsələylə bağlı açıqlama verən Pentaqonun mətbuat katibi Conni Maykl bildirib ki, strategiyanın məqsədi ABŞ ərazilərini və regiondakı maraqlarını müdafiə etməkdir. Sənədin ötən il yayımlanan Milli Müdafiə Strategiyası ilə uzlaşdığını söyləyən Maykl 2019-cu il büdcəsində də buzlaqlarla bağlı müdafiə strategiyasının yenilənməsinin tələb edildiyini vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın ilk buzlaqları müdafiəsi strategiyası 2000-ci ildə Corc Buş, ikinci və üçüncü isə müvafiq olaraq 2013, 2016-cı illərdə Barak Obama hökuməti tərəfindən qəbul edilib.

İnci Rzayeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Çin   Rusiya  

ABŞ Çin və Rusiyaya qarşı yeni arktika strategiyası hazırlayır

2019/03/thumb-1552726193.jpg
Oxunub: 529     13:48     16 Mart 2019    