Erməni sosioloq: “Müharibəyə hazırlıq daha real əlamətdir”

2019/03/55555-1552721216.jpg
Oxunub: 928     11:41     16 Mart 2019    
“Müharibə və sülh diskusiyaları real siyasətə təsir baxımından əhəmiyyətlidir. İllər ərzində cəmiyyət üçün həm müharibə, həm də sülh vəziyyəti, sülhə hazırlaşmaq üçün nəzəri bir şeydir, çünki müharibəyə hazırlıq daha real əlamətdir”

Ordu.az xəbər verir ki, bu barədə “Şant” televiziyasının “Perspektiv” (Herankar) verilişində qonaq olan erməni sosioloq Syuzanna Barseğyan müharibə və sülhün ictimai anlayışlarından danışarkən bildirib.

Onun sözlərinə görə, sülhə hazırlanma ifadələrindən narahat olmaq lazım deyil. Bu, o demək deyil ki, problem məhz elə bu gün həll ediləcək, yox, bu, belə deyil, məsələ uzunmüddətli prosesdir.

Erməni sosioloqun fikrincə, bu, münaqişənin nizamlanmasına dair danışmağa imkan verməlidir.

“Əgər biz sülhə hazılaşırıqsa, ancaq aqressiv fəaliyyətləri, hərbi ritorikanı görürüksə, o zaman bu bizi seçimlərimizdən geri saxlayır. Cəmiyyətlərdən biri sülhə, digəri müharibəyə hazırlana bilməz”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Müharibə   İşğal   Qarabağ  

Erməni sosioloq: “Müharibəyə hazırlıq daha real əlamətdir”

2019/03/55555-1552721216.jpg
Oxunub: 929     11:41     16 Mart 2019    