Pentaqon 2023-cü ildə kosmik silahı sınaqdan keçirməyi planlaşdırır

2019/03/Space-1552719943.jpg
Oxunub: 663     14:57     16 Mart 2019    
Pentaqon rəsmiləri 2023-cü maliyyə ilində orbitdə neytral zərrəcik-şüanı sınaqdan keçirməyi planlaşdrırlar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu məqsədlə 2020-ci maliyyə ili büdcəsindən 304 milyon dollar vəsait tələb olunub.

Bildirilir ki, həmin vəsait belə şüaların, daha güclü lazerlərin və yeni nəsil raketdən müdafiə sistemləri üçün lazım olan digər texnologiyaların inkişafına xərclənəcək. Rəsmilərin sözlərinə görə, Çin, Rusiya, Şimali Koreya və İrandan ABŞ-a qarşı meydana gələn təhdidlərin qarşısını almaq üçün belə silahların əldə edilməsi zəruridir.

Hazırda Pentaqon bu istiqamətdə iki iş aparır. Birincisi lazerlərlə təchiz edilmiş peyklərin düşmənin yaxınlaşmaqda olan raketini sıradan çıxara bilib-bilməməsi ilə bağlı, dəyəri 15 milyon dollar olan araşdırmadır. Ekspertlər belə lazerlərin meqavatlıq sinifdən olmalı olduğunu irəli sürürlər.

Başqa bir araşdırma isə raketi işıq sürətində hərəkət edən subatom zərrəciklər vasitəsilə zərərsizləşdirən və birbaşa enerjidən fərqlənən neytral zərrəcik şüalarının araşdırılmasıdır.

İnci Rzayeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   Kosmik-silah  

Pentaqon 2023-cü ildə kosmik silahı sınaqdan keçirməyi planlaşdırır

2019/03/Space-1552719943.jpg
Oxunub: 664     14:57     16 Mart 2019    