JF-17 "Block 3" versiyası üzərində çalışmalar aparılır

2019/03/Roar--1552713820.jpg
Oxunub: 1160     09:54     16 Mart 2019    
JF-17-nin ilk dəfə real döyüşdə istifadəsindən cəmi iki həftə keçdikdən sonra bu təyyarələrlə bağlı başqa bir önəmli xəbərlər yayılıb. Belə ki, onun “Block 3” versiyasının təkmilləşdirilməsi və istehsalı ilə bağlı çalışmalar başladılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çinlə Pakistanın birgə ərsəyə gətirdiyi təyyarənin baş dizayneri Yanq Vey bildirib.

Onun sözlərinə görə, yeni versiyada təyyarənin informasiya müharibəsi imkanları və silahları gücləndiriləcək. Başqa bir çinli hərbi analitik Vey Donqsu isə bu versiyada aktiv elektron skan radarından istifadə ediləcəyini güman edib. Bu sistem döyüş zamanı daha çox informasiya toplamaqla, təyyarənin daha uzaq məsafəyə nəzarət etməsi və eyni zamanda çoxsaylı hədəfə hücum etməsinə imkan verəcək.

Dəbilqəyə yerləşdiriləcək displey və görmə sistemi vasitəsilə isə pilotlar gördükləri istənilən şeyi hədəf ala biləcəklər. JF-17-nin əsas istifadəçisi olan Pakistan yeni versiya ilə qırıcı və digər platformalar arasında informasiyanı paylaşa və bununla da güclü rəqiblərinə qarşı döyüşdə effektiv müdafiəni təmin edə biləcək.

Yenilənmədən sonra JF-17 "Block 3"ün F-16-ların təkmilləşdirilmiş versiyaları ilə uzlaşa biləcəyi bildirilir. JF-17 və yaxud FC-1 tək mühərrikli, çoxfunksiyalı yüngül qırıcı təyyarədir. O, Çin və Pakistan tərəfindən ixracat məqsədli istehsal edilib.

Qeyd edək ki, hazırda Malayziya özünün yüngül döyüş təyyarələri satınalınması ilə bağlı planına əsasən bu təyyarələri də nəzərdən keçirir. Onun rəqibləri isə Hindistanın “Tejas” və Cənubi Koreyanın F-50-ləridir. İlkin olaraq 12 ədədlik alqı-satqıya əlavə olaraq Malayziya gələcəkdə daha 24 ədəd təyyarə dəsti almağı planlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: JF-17   Pakistan   Çin  

JF-17 "Block 3" versiyası üzərində çalışmalar aparılır

2019/03/Roar--1552713820.jpg
Oxunub: 1161     09:54     16 Mart 2019    