ABŞ və Azərbaycanın kosmik sahədə əməkdaşlığı Ermənistanı narahat edir – EKSPERT

2019/03/14079-3105290564.jpg
Oxunub: 1808     17:19     15 Mart 2019    
Son illərdə bir sıra ekspertlər ABŞ-ın Bakını kosmosun öyrənilməsində əsas tərəfdaşı hesab etdiyini bildirir. Ötən ilin dekabrında KİV-lərdə ABŞ-ın Azərbaycana 109 milyon dollar dəyərində aviasiya və kosmik məhsul ixrac etdiyi barədə məlumatlar yayılıb. Bu məlumat ötən il ABŞ-Azərbaycan arasındakı rəsmi ticarət statistikasında da təqdim edilib.

Mənbəyə görə, Azərbaycan ABŞ-dan aviasiya vasitələri, kosmik texnologiyalar və peyklər alıb. Bakının keçən il ABŞ-dan əlavə olaraq 31 milyon dollarlıq mülki təyyarələr və digər avadanlıqlar əldə etməsi də məlumdur. 2017-ci ildə ixrac məhsulları barədə bu tip məlumatlar mövcud deyil.

Təbii ki, Azərbaycanla ABŞ arasındakı əlaqələrin inkişafına 907-ci düzəliş nisbətən mane olur. Bakının əldə etdiyi məhsullar ikili və mülki təyinatlıdır, buna görə də onların bu və ya digər hərbi məqsədlər üçün istifadəsi mümkündür. 2018-ci ildə alınan “Bell-412” helikopterlərinin də hərbi məqsədlər üçün istifadəsi mümkündür. Bunun üçün helikopterin kompozit materiallarla zirehlənməsi və uyğun silah modulu əldə etməsi kifayət edir. HHQ sahəsində ABŞ və Azərbaycan arasındakı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyi gözlənilir.

2018-ci ilin oktyabrın 24-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakıya səfəri böyük ölkələrin Azərbaycana və onun dünyadakı mövqeyinə verdiyi qiyməti təsdiq etdi. Biz bu səfər çərçivəsində Con Boltonun səsləndirdiyi maraqlı fikirlərə, məsələn Azərbaycana tətbiq edilən 907-cu düzəlişin ləğv edilməsi təklifinə şahid olduq.

Bütün bunların fonunda erməni politoloq Suren Sarkisyan ABŞ-la Azərbaycan arasında kosmik və digər sahələrdə mövcud olan əməkdaşlığın səviyyəsinə münasibət bildirərək, gələcəkdə Bakının ikili təyinata malik olan texnologiyalar almasını istisna etməyib:

“Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Ötən il Azərbaycan “Bell 412” mülki helikopterini satın alıb və onları hərbi təyinatlı vasitəyə çevirdi... Lakin ABŞ silah satmağa qərar verərsə, bunu balanslı olaraq həyata keçirəcək. 907-ci düzəliş, əvvəlki kimi, ABŞ-ın Bakıya hərbi yardım göstərməsinə mane olur”.

Sarkisyan əslində düz deyir- helikopterlər alınıb, təyinatında və təchizatında müəyyən dəyişikliklər edilib, həmçinin bu sahədə iki ölkə arasında əməkdaşlığın davam edəcəyi gözlənilir. Lakin burada bir məqam mövcuddur. Sarkisyan ifadəsindəki ikinci cümləni “ABŞ silah satışını balanslı şəkildə yerinə yetirmək istəyəcək, lakin buna görə Ermənistana kredit ayrılmadığı üçün silahları yalnız Azərbaycan tərəfi alacaq” kimi desəydi, bu müstəqil ekspert rəyinə daha şox bənzəyərdi.

Erməni politoloq Anuş Sedrakyan: "Azərbaycan bu peyklərdən iqtisadi resurslar da daxil olmaqla, hərbi məqsədlər üçün istifadə edə bilər. ABŞ bazarının məhdudlaşdırılmasından sonra indi uyğun bazar müharibəsi gedir. Hazırda böyük yerdəyişmələr gedir, bu yerdəyişmələrdə təqdim edə biləcəyi resursu olduğuna görə Azərbaycan öz yerini tapacaq.

Biz isə bazarımızı Rusiyada axtarırıq, ancaq mən bu müddət ərzində Rusiya tərəfindən Ermənistana bir ağıllı təklif verdiyini görməmişəm. Yeganə verə biləcəyi şey müharibə vəziyyətinə gətirməməkdir".

Yeri gəlmişkən 2018-ci ilin oktyabrında Donald Trampın məsləhətçisi Con Bolton ABŞ prezidentinin 907 saylı “Azadlığa Dəstək Aktını” ləğv etmək səlahiyyətini istifadə edə biləcəyini söyləyib. Bu düzəliş dövlət səviyyəsində Azərbaycana yardım edilməsini qadağan edir. Bir çox ekspert bu düzəlişin ləğvini, Vaşinqtonun Bakıya silah satmaq üçün əl-qolunu açması üçün edilən bir cəhd kimi qiymətləndirir. Dolayısı ilə Bolton, “Azərbaycan onsuz da istədiyi silahı əldə edir, o zaman ABŞ niyə öz silahını sata bilmir” kimi önəmli məsələlərin həllini belə görürdü.

Suren Sarkisyanın yadına salmaq lazımdır ki, 1992-ci ilin 24 oktyabrında “Azadlıq” aktı (sənəd “Rusiyada azadlığa, Avrasiyada demokratiyaya və azad ticarətə dəstək Aktı” adlanır) qəbul edilərkən Dağlıq Qarabağda müharibə davam edirdi, iki aydan da az bir müddət sonra, “907-ci düzəliş” qəbul ediləndə də əməliyyatlar aktiv fazada idi. Əgər erməni politoloq Qarabağ müharibəsi tarixinə nəzər yetirərsə, görəcək ki, Azərbaycan Ordusunun ən sürətli hücumları, məsələn Ağdərə, Kəlbəcər, Laçın, Qubadlının düşməndən azad edilməsi, strateji Laçın dəhlizinin bağlanması, Ermənistan-Dağlıq Qarabağ əlaqəsinin təmamilə nəzarətə götürülməsi və s. kimi uğurlu əməliyyatların keçirilməsi məhz 1992-ci ilin iyun, sentyabr-oktyabr aylarında baş tutub. Sonralar baş tutan uğurlu Horadiz, Aprel döyüşləri, Günnüt-Arpaçay əməliyyatları keçirilərkən məgər 907-ci düzəliş qüvvədə deyildi? 1994-cü ildən sonra Ermənistan ordusunun hansısa uğurlu əməliyyatı olubmu?

Ümumiyyətlə, “Azadlığa dəstək aktına” 907-ci düzəliş 1992-ci ilin dekabr ayında ABŞ-ın Massaçusets ştatından olan ermənipərəst senator Kerri tərəfindən təklif olunaraq qəbul edilib. Həmin düzəliş, Azərbaycan rəsmi dairələrinə göstərilən yardımları qadağan edib. Bu düzəlişin qəbulu üçün, əsas səbəb Ermənistanın blokada vəziyyətinə salınması və Dağlıq Qarabağda aparılan döyüş əməliyyatları göstərilirdi. Təəssüf ki, ABŞ Senatı tərəfindən Ermənistanın İran və Gürcüstanla sərhədlərinin açıq olmasına diqqət yetirilmədi. Təbii ki, 907-düzəlişin özü Azərbaycana qarşı bir haqsızlıq idi. Yəqin ki, Sarkisyan politoloq olaraq digər sərhədlərdən nəqliyyat vasitələri ilə iqtisadi əlaqə qurula bildiyi halda, söhbətin blokadadan yox, embarqodan getməli olduğunu yaxşı bilir. Sadəcə politoloq burada da Ermənistanın hakimiyyət maraqlarını güdərək bəzi həqiqətləri arxa plana keçirir, bəzən isə vacib detallara toxunmur. Məsələn, İrəvanın Naxçıvanı eyni blokada (mən embarqo ilə də razıyam) vəziyyətində saxlamasına görə Ermənistana qarşı 907-ci düzəlişin 27 ildə tətbiq edilməməsi necə əsaslandırıla bilər? Suren buna ikili standartdan başqa ad verə bilsə, onun Üçmüəzdin kilsəsinin həyətində “Əfsanəvi politoloq” kimi heykəli qoyulmalıdır.

Təbii ki, bu düzəlişin yanlış olması barədə məlumatlar davamlı olaraq ABŞ rəsmilərinin nəzərinə çatdırılır, Vaşinqton da Azərbaycanla əlaqələrini inkişaf etdirmək üçün zamanında yol verdiyi səhvlərini düzəltmək üçün müəyyən addımlar atır. Bundan narahat olan Ermənistanın nəzərinə çatdırmaq lazımdır ki, bu əməkdaşlıq daha çox ABŞ-a lazımdır. Azərbaycan ABŞ istehsalından heç də zəif olmayan silah və texnologiyanı İsrail, Belarus, Türkiyə, Pakistan və Rusiyadan kimi ölkələrdən idxal edir. Yerli istehsal da kifayət qədər ciddi texnoloji məhsulların seriya istehsalını həyata keçirir. Lakin erməni politiloq işğalçı Ermənistanın indiyə qədər Rusiya krediti və silah yardımı olmadığı təqdirdə hansı şəraitdə və hansı hərbi potensialla mövcud olacağına diqqət yetirmir.

ABŞ yaxşı anlayır ki, Azərbaycan digər region ölkələrindən daha ödəniş qabiliyyətlidir, 30 ilə yaxındır ki, sabit xarici siyasət xəttinə malikdir, kifayət qədər yüksək büdcəli layihələr həyata keçirir. Buna görə də 907-ci düzəlişin bütün sahələrdə əməkdaşlığa mane olan faktor kimi ləğvi nəzərdən keçirilir.

Bu düzəliş qüvvədə olsa belə Azərbaycan ABŞ-la hərbi, hərbi və ali təhsil, kosmik, terrorçuluqla mübarizə, enerji, texnologiya, təhsil, seysmologiya və s. kimi sahələrdə əməkdaşlıq edir.

2018-ci ilin oktyabrın 24-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul etdi. Görüşdə Dağlıq Qarabağ, qaçqınlar, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak iştirak edən hərbçilərinin sayının artırılması, “Cənub Qaz Dəhlizi” və s. kimi məsələlər müzakirə edildi.

2018-ci ilin dekabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin rəhbərlik ediyi nümayəndə heyətini qəbul edərək Azərbaycanla ABŞ arasında NATO çərçivəsində əlaqələrin inkişafı, hərbi, enerji, milli təhlükəsizlik məsələlərini müzakirə etdi.

2019-cu ilin yanvarın 29-da axşam ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini müzakirə etdi.

2019-cu ilin fevralın 20-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk ilə görüşərək bərpaolunan və alternativ enerji, eləcə də digər sahələrdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardı.

Yəni bu qədər çoxvektorlu əməkdaşlıq fəaliyyətlərindən məhz kosmik sahədə əməkdaşlığın Ermənistanı, o cümlədən politoloq Suren Sarkisyanı narahat etməsi təəccüblüdür. Məsələn, tək “Cənub Qaz Dəhlizi” enerji layihəsinin dəyəri 40 milyard dollardır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək yolu layihələrini də əlavə etsək Ermənistanın itkilərini hesablamaq çətin olmaz. Lakin Sarkisyan bu layihələr və Ermənistanın itkiləri barədə susmağa üstünlük verir.

Ümumiyyətlə, Sarkisyanın sözlərinə görə, son illərdə Birləşmiş Ştatlar kosmos sahəsində Bakının əsas tərəfdaşına çevrilib. Azərbaycan Birləşmiş Ştatlar və Fransa ilə birgə bir sıra kosmik layihələr həyata keçirir. Son bir neçə il ərzində Bakı bir neçə peyki orbitə göndərib. Sarkisyanın sözlərinə görə, zərurət olduğu halda bu peyklər Ermənistana qarşı istifadə ediləcək. Bu doğru fikirdir, lakin kiçik bir korrektə lazımdır: ediləcək yox, edilir.

Parisin siyasi tədqiqatlar institutunun politoloqu Kayts Minasyan 2018-ci ilin iyul ayında KİV-lərə verdiyi müsahibəsində bildirirdi: Fransa Azərbaycana peyk satıb və bu peyk vasitəsilə Azərbaycan sərhəddə baş verənləri müşahidə edə bilər. Fransalılar üçün bu silah sayılmasa da, Azərbaycan tərəfi üçün bu silahdır. Bu Ermənistan üçün təhlükəlidir. Fransalılar peykin 10 metr sapma ilə gördüyünü izah etməklə özlərinə haqq qazandırmağa çalışırlar. Bütün bunlar boş sözlərdir, tank və təyyarələr dəqiqliklə görünür.

Ermənistan tərəfi məsələyə çox ciddi şəkildə reaksiya verməlidir. Fransalılar tank satmır, lakin peyk satmaqla erməni tərəfini zəiflədir. Azərbaycanın iqtisadiyyatı güclüdür və bu üstünlüyü Fransa və yaxud digər dövlətlərlə münasibətlərdə istifadə etməyə çalışırlar. Keçmiş hakimiyyət Fransa ilə münasibətlərdə çox yumşaqlıq nümayiş etdirib. Serj Sarkisyan hakmiyyətinin amerikalılar, fransızlar və ruslarla münasibətləri, onlara cavabı çox yüngül və qorxaq olub".

Sonda Sarkisyan “Bu şəraitdə rəsmi İrəvan, ABŞ-Azərbaycan arasında aviasiya və kosmik sənayesində əməkdaşlığa mane ola bilməz. Ermənistan bu sahədə çox az resurs və imkana malikdir” deyə fikrini tamamlayıb. Bu fikir də doğrudur, lakin “heç vaxt” söz birləşməsinin əlavə edilməsi mövcud və əvvəlki vəziyyətin qısa və lakonik izahını daha dolğun əhatə edərdi.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Azərbaycan   Kosmos   Hərbi-əməkdaşlıq  

ABŞ və Azərbaycanın kosmik sahədə əməkdaşlığı Ermənistanı narahat edir – EKSPERT

2019/03/14079-3105290564.jpg
Oxunub: 1809     17:19     15 Mart 2019    