“Sərhədçi” hərbi-idman oyunlarının qalibləri müəyyənləşib

2019/03/14986-1552635559.jpg
Oxunub: 265     11:37     15 Mart 2019    
Bakıdakı 230 nömrəli tam orta məktəbdə paytaxt məktəbliləri arasında “Sərhədçi” hərbi-idman oyunları keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Ordu.az-a bildirilib ki, hərbi-idman oyunlarının əsas məqsədi gənc nəsli Vətənə, dövlət atributlarına, dövlət sərhədinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır. BŞTİ, Dövlət Sərhəd Xidməti, Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarış 3 turdan ibarət olub. Xəzər rayonu üzrə ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunmuş hərbi-idman oyunlarının nəticələrinə əsasən, 185 nömrəli tam orta məktəbin komandası I, 230 nömrəli tam orta məktəbin komandası II, 26 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Yarışda iştirak edən gənclər sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması və təxliyyəsi, hədəfə atəş açılması, yaralanmış sərhəd naryadının üzvünə ilk tibbi yardımın göstərilməsi və digər meyarlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Sonda “Sərhədçi” hərbi-idman oyunlarının qaliblərinə müvafiq dərəcəli diplomlar təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sərhədçi   Hərbi-idman-oyunları  

“Sərhədçi” hərbi-idman oyunlarının qalibləri müəyyənləşib

2019/03/14986-1552635559.jpg
Oxunub: 268     11:37     15 Mart 2019    