Hindistan Pakistanla sərhədi yaxınlığında tank əleyhinə raketi sınaqdan keçirib

2019/03/10681-1552629575.jpg
Oxunub: 286     14:32     15 Mart 2019    
Hindistanın hərbi alimləri ölkənin Pakistanla sərhəd bölgəsi yaxınlığında daşınabilən, idarəolunan tank əleyhinə raketi sınaqdan keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rəcastan vilayətində səhralıq ərazidə baş tutan sınaq uğurlu olub.

Yüngül çəkili raket Hindistanın yerli istehsalıdır, “atdım unutdum” tiplidir. Bu raketin qabaqcıl infraqırmızı radara, onunla inteqrasiya edilmiş digər avioniklərə sahib olduğu bildirilir. O, müxtəlif məsafələrdə olan hədəfləri dəqiqliklə vura bilir.

Xatırladaq ki, bu həftənin əvvəli Hindistan başqa bir raketi olan “Pinaka”nın uğurlu sınağının keçirildiyini elan etmişdi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Pakistan   TƏİRK   Sınaq  

Hindistan Pakistanla sərhədi yaxınlığında tank əleyhinə raketi sınaqdan keçirib

2019/03/10681-1552629575.jpg
Oxunub: 289     14:32     15 Mart 2019    