“Google” Çin ordusuna yardım edir?

2019/03/Googl-1552629082.jpg
Oxunub: 494     19:18     15 Mart 2019    
““Google”nin Çində gördüyü işlər dolayısı ilə Çin ordusuna fayda verir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ ordusunun Baş Qərargah rəisi general Cozef Danford səsləndirib.

2020-ci maliyyə ili üçün təklif edilmiş müdafiə büdcəsi ilə bağlı Senatın Silahlı Xidmətlər Komitəsinin dinləmələrində danışan Danford Çində çalışan sənaye partnyorlarının ölkə ordusuna dolayı yolla fayda verməsindən narahatlığını bəyan edib.

Xatırladaq ki, ötən ilin iyununda “Google” “Pentaqonla işləməkdən imtina edərək, qəbul edilmiş bir layihəni ləğv etdi. Layihə Süni Zəka imkanlarının təkmilləşdirilməsi ilə bağlı idi və firmanın işçilərinin SZ-nin gələcəkdə müharibədə istifadəsi ilə bağlı etirazlarından sonra şirkət rəhbərliyi buna məcbur oldu. Lakin bu ilin yanvarında isə “Google” Pekində SZ tədqiqat mərkəzi istifadəyə verdi.

Danford bildirib ki, Çin iqtisadiyyatının beş trilyon dolları dövlətin əlindədir. Buna görə də, mülki sahədə təkmilləşdirilən texnologiyanın XAO-ya ötürülməsini təmin edən birbaşa kanallar mövcuddur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Google   Çin-ordusu  

“Google” Çin ordusuna yardım edir?

2019/03/Googl-1552629082.jpg
Oxunub: 495     19:18     15 Mart 2019    