KXDR nüvə danışıqlarını dondura bilər

2019/03/34534-1552628709.jpg
Oxunub: 413     09:43     15 Mart 2019    
Şimali Koreya Birləşmiş Ştatlar və onun lideri ilə nüvə danışıqlarının dayandırılması perspektivini nəzərdən keçirəcək.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-Xarici İşlər naziri Çoy Son Hui bildirib.

Onun sözlərinə görə, ötən ay Tramp və Kim Çen In arasında baş tutan sammitin uğursuz olmasını nəzərə alan Şimali Koreya rəhbərliyi nüvəsizləşmə ilə bağlı danışıqların dondurulmasını dəyərləndirir.

“Bizim hər hansısa formada ABŞ-ın Hanoy sammitində səsləndirdiyi tələblərə tabe olmaq niyyətimiz və bu növ danışıqlarla məşğul olma həvəsimiz yoxdur”, - deyə o vurğulayıb.

Paytaxt Pxenyanda mətbuat konfransı verən Hui onu da əlavə edib ki, ölkə rəhbəri Kim Çen In tezliklə bu danışıqların gələcəyi ilə bağlı öz mövqeyini rəsmən elan etməyə hazırlaşır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   Danışıqlar  

KXDR nüvə danışıqlarını dondura bilər

2019/03/34534-1552628709.jpg
Oxunub: 414     09:43     15 Mart 2019    