Ağstafada düşmənlə 50-70 metrlik məsafə: Sərhədçilərimiz mühafizə və müdafiəni necə təşkil edir? - FOTOLAR

2019/03/53270-1552628316.jpg
Oxunub: 2732     15:32     15 Mart 2019    
Dövlət sərhədinin etibarlı mühafizəsi, müdafiəsi onlara həvalə edilib. Digər dövlətlərlə sərhəddə qaçaqmalçılığın, terrorizmin və sərhəd pozma hallarının qarşısını alan qəhrəman sərhədçilərimiz bu gün bu vəzifəni ikiqat məsuliyyətlə, düşmənlə üz-üzə, 50-70 metrlik məsafədə də reallaşdırırlar. Qazax istiqamətində olduğu kimi, Ağstafa rayonu ərazisində də Ermənistanla mövcud sərhədin mühafizə və müdafiəsi etibarlı əllərdədir.

Ordu.az-ın Ağstafadan budəfəki məlumatı, xidmətin hansı səviyyədə təşkilindən ibarət olacaq. Sosial şəbəkələrdə və ya dinc əhali arasında yaranan mübahisəli polemikaya və “Sərhəddə xidmət edən sərhədçi əsgər, düşmənlə üzbəüz döyüş postlarında xidməti döyüş fəaliyyətini necə həyata keçirəcək?” kimi suallara aydınlıq gətirməyə çalışdıq. Əvvəlki reportajımızda sərhədçilərimiz üçün qurulan şəraitlə sizi tanış etdik. Sözsüz ki, qısa müddətdə bu cür sürətli tikinti işləri aparan DSX rəhbərliyi xidmətin yüksək səviyyədə təşkilini də diqqətdən kənarda qoymayıb.

Beləliklə müşahidə və müdafiənin təşkili üçün nəzərdə tutulan döyüş məntəqələrinə (postlarına) üz tutduq. Əvvəlcə sizi posta aparan yollarla tanış edək. Yüksək səviyyədə inşa edilən səngər, iriçaplı silah mərmilərinə davamlı səngər divarları... Döyüş məntəqələri arasındakı məsafə isə təyinatına görə dəyişir.

Xidmət isə bu cür təşkil edilir. Komandir heyəti tərəfindən əsgərlərin səhhəti və xidmətə hazırlıq səviyyəsi ilə bağlı sorğu keçirilir. Çünki zabit, gizir heyətinin hər bir davranışı, müraciət və əmri şəxsi heyətin təlim-tərbiyəsində, mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində, xidməti vəzifələrin icrasına məsuliyyət hissinin daha da artırılmasında mühüm əhəmiyyət kəsb edir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin təşkilinin səmərəliyinin yüksəldilməsi, hərbi kollektivdə sağlam mənəvi mühitin yaradılması, əsgər və komandir heyəti arasında əlaqələrin daha da möhkəmləndirilməsi də böyük əhəmiyyət kəsb edən amillərdəndir. Bütün bu proseslər icra olunduqdan sonra sərhədçilərə müvafiq döyüş təlimatları verilir.

Biz də səngərlərdəki əsgərlərin döyüş xidməti ilə maraqlanmaq üçün onların ardınca məntəqələrə qalxdıq. Əvvəl onu deyək ki, buradakı yeni tikilən və əvvəlki məntəqələr arasında əlaqələr olduqca yüksək səviyyədədir. Döyüş məntəqələrinin görən gözlərindən biri ilə, döyüş növbəsi aparan snayperlə söhbətə başladıq.

- Salam, cənab əsgər! Özünü təqdim et.

- Salam, Mən əsgər Cəfərov Əziz. Biləsuvar rayonu hərbi komissarlığından müddətli hərbi xidmətə çağırılmışam.

- Cənab əsgər, əvvəlki xidmətinlə indiki xidmətin arasında nə kimi fərq var? İndi önündə düşmən var...

- Mən snayperəm. Mənim işim müşahidə aparmaqdır. Bir də sərhədimizin pozulmasına cəhd olunarsa və düşmənin təxribatının qarşısını almaq haqqında əmri alaramsa, mənə fərq etməz qarşımdakı kimdir. Vətənimin hər bir qarışına icazəsiz girən bunun hesabını verməlidir. Verirlər də. Bura gəlməmişdən öncə də postda durmuşam. Sərhəd pozucuları demək olar ki, daim silahlı olur və sərhədçilərin təqibi zamanı hər bir halda ələ keçməmək üçün atəş açırlar.

- Düşmənlə üz-üzə durmaq xidmətinə necə təsir edir?

- Xidmət hər yerdə xidmətdir. Amma bu ərazilərin mühafizə və müdafiəsinin təşkilinin sərhədçilərə həvalə olunması mənim üçün qürurverici haldır. Həm də ona görə sevinirəm ki, sabah torpaqlarımız hərbi yolla azad edilməli olarsa, bu müqqədəs vəzifənin yerinə yetirilməsində biz sərhədçilərin də öz payı olacaq. Eyni zamanda hərbi xidməti başa vurduqdan sonra fəxrlə deyəcəm ki, düşmənlə təmas xəttində xidmət aparan ilk sərhədçilərindən biri də mən olmuşam.

- Xidmətin uğurlu olsun cənab əsgər!

- Sərhədçi olduğumla qürur və şərəf duyuram! Sağ ol!

- Salam, cənab əsgər! Özünü təqdim et.

- Mən, əsgər Xəlilov Asif, Zərdab rayonu.

- Əsgər xidmət necə gedir, sənin vəzifən nədən ibarətdir?

- Sağ olun! Çalışırıq ki, bizə göstərilən etimadı layiqincə doğruldaq. Mən də yoldaşlarım kimi mənə verilən xidməti döyüş tapşırıqlarının öhdəsindən uğurla gəlməyə çalışıram. Fərəhlə deyə bilərəm ki, hələ xidmətimdə nöqsan yoxdur. Bizim hər bir döyüş postumuzun özünəməxsus strateji əhəmiyyəti var. Mən də burada yüksək döyüş təyinatlı silahımla (danışa-danışa silahına sığal çəkir) mü-şahidə aparıram. Bilirik ki, önümüzdəki düşməndir. Buna görə də Vətənin keşi-yində gecə-gündüz ayıq-sayıq durmaq bizim ən vacib vəzifəmizdir.

Biz burada sadəcə müşahidə və müdafiə üçün dayanmışıq. Lakin istənilən anda düşmənə əks həmlə etməyə hazırıq. Bunu sadəcə söz xatirinə demirik, deyilən sözü hər zaman həyata keçirməyə hazırıq. Bizim hər birimiz müxtəlif döyüş tapşırıqlarını yerinə yetirmək üçün fərqli qoşun növləri üzrə döyüş təlimləri keçmişik. Bu gün bizim üçün burada yaradılan şəraitə görə də bütün əsgər yoldaşlarım adından Cənab Ali Baş Komandana təşəkkür və minnətdarlığımı bildirirəm.

- Mən əsgər İsayev Rəzi, Lerik rayonu.

- Xidmətin üçün yaradılan şərait səni qane edirmi?

- Dağlıq ərazidə xidmət edirik. Mənə görə hərbi xidmət sözünün özü çətin, çətin olduğu qədərdə şərəfli həyat anlamını verir. Amma bizim əsas amalımız mümkünsüzləri mümkün etməkdir. Bu gün burda bizim xidməti-döyüş fəaliyyətimizi həyata keçirmək üçün hər bir şərait yüksək səviyyədə təşkil edilib. Bizə də qalan odur ki, komandir heyətinin verdiyi əmr və tapşırıqları nizam-intizamla yerinə yetirib, Vətənin keşiyində ləyaqətlə, şərəflə duraq, xidmətimizi qüsursuz başa vuraq.

Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir silahlarla təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Bu görüşlərdən sonra mən tam əmin oldum ki, Azərbaycanın müqəddəs sərhədləri etibarlı və inamlı əllərdədir. Və Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti cənab Ali Baş Komandanın istənilən döyüş tapşırığını yerinə yetirməyə daima hazırdır.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Ağstafa  

Ağstafada düşmənlə 50-70 metrlik məsafə: Sərhədçilərimiz mühafizə və müdafiəni necə təşkil edir? - FOTOLAR

2019/03/53270-1552628316.jpg
Oxunub: 2733     15:32     15 Mart 2019    