F-35-lərin Türkiyəyə bu il çatdırılması gözlənilir

2019/03/f35-t-1552627113.jpg
Oxunub: 481     09:15     15 Mart 2019    
Türkiyə Birləşmiş Ştatların bu ilin noyabrında F-35 təyyarələrini ona çatdırmasını gözləyir.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Hulusi Akar danışıb.

“Bəzi bəyanatlara baxmayaraq, F-35-lə bağlı proses planlaşdırıldığı qrafik üzrə davam edir. Pilotlarımız və baxım komandamız ABŞ-da təlimlərinə davam edir. Bu təyyarələrin noyabrda Malatyaya çatdırılmasını gözləyirik. Burada onların istifadəsi üçün tələb olunan infrastruktur artıq hazırlanıb”, - deyə Akar əlavə edib.

Akar qeyd edib ki, ABŞ-a səfəri zamanı ona Türkiyənin həm maliyyə, həm də digər aspektlər üzrə öz öhdəliklərini tam yerinə yetirən ölkələrdən biri olduğu söylənilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   F-35  

F-35-lərin Türkiyəyə bu il çatdırılması gözlənilir

2019/03/f35-t-1552627113.jpg
Oxunub: 484     09:15     15 Mart 2019    