Ermənistanda aprel döyüşlərində ölən hərbçilərin ailələrinin pulları mənimsənilib

2019/03/48425-1552569857.jpg
Oxunub: 572     17:43     14 Mart 2019    
"Ermənistanda aprel döyüşlərində ölən hərbçinin ailəsinə sənədlərə əsasən 50 min, realda isə 30 min dram verilib".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Loru vilayətinin rəhbəri Andrey Qiqasyan öz "Facebook" səhifəsində yazıb.

O, vilayətin keçmiş rəhbərliyi tərəfindən sosial müavinət alan şəxslərin siyahısına nəzər salındığını bildirib.

"Vilayət fondundan maddi vəsaitlərin sərfiyyatı barədə araşdırma aparılması üçün prokurorluğa müraciət edilib. Artıq ilk mənimsəmə faktı ortaya çıxarılıb və cinayət işi açılıb. Keçmiş hakimiyyət tərəfindən aprel döyüşlərində ölən bir nəfərin ailəsinə 50 min dram verilməsi barədə sənədlər tərtib edilib. Lakin reallıqda həmin ailəyə cəmi 30 min dram təqdim edildiyi məlum olub. Ötən illər ərzində Lori vilayətinin fondundan sosial yardım alan şəxslərin siyahısının yoxlanılması prosesi davam edir", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Aprel   Mənimsəmə  

Ermənistanda aprel döyüşlərində ölən hərbçilərin ailələrinin pulları mənimsənilib

2019/03/48425-1552569857.jpg
Oxunub: 573     17:43     14 Mart 2019    