Zurabişvili Qarabağ separatçılarının Abxaziya və C. Osetiyaya səfərlərinə etiraz edib

2019/03/56756-1552560079.jpg
Oxunub: 352     14:40     14 Mart 2019    
"Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfər etmələri və bu münaqişələrin eyni və simmetrik olması barədə danışmaları Gürcüstan üçün çox kədərli və ağrılı məsələdir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili İrəvanda Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşdə deyib.

O, münaqişələrin regionun birgə inkişafını məhdudlaşdırdığını qeyd edib: "Gürcüstanın işğal altında olan iki ərazisi var və əgər biz ölkənin maraqları barədə danışırıqsa, o zaman bizim üçün əsas və yeganə maraq ondan ibarətdir ki, bizim suverenliyimiz və ərazi bütövlüyümüz yalnız sözdə deyil, faktiki olaraq da tanınsın".

Zurabişvili qeyd edib ki, Gürcüstan ərazisində olmayan münaqişə ölkədə yaşayan azərbaycanlılar və ermənilər üçün də çox ağrılıdır.

"Bu münaqişə Gürcüstan ərazisinə keçsə, ölkə üçün dağıdıcı ola bilər. Buna görə də bütün münaqişələr sülh yolu və beynəlxalq normalar əsasında həllini tapmalıdır", - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Zurabişvili Qarabağ separatçılarının Abxaziya və C. Osetiyaya səfərlərinə etiraz edib

2019/03/56756-1552560079.jpg
Oxunub: 355     14:40     14 Mart 2019    