Pakistan bazarı istənilən Azərbaycan istehsalı məhsullara istehlak bazarı ola bilər

2019/03/144_1-1552552667.jpg
Oxunub: 1060     15:10     14 Mart 2019    
Martın 23-də Pakistanda Respublika günü münasibətilə təntənəli tədbirlər mərasimi keçiriləcək. Bayram tədbirləri çərçivəsində hərbi parad keçirilməsi də nəzərdə tutulub.

Hərbi paradda qonaq qismində Azərbaycan, Bəhreyn və Oman Müdafiə nazirləri də iştirak edəcək.

Hərbi paradda, həmçinin Azərbaycanın, Türkiyənin, Səudiyyə Ərəbistanının, Bəhreynin, Çinin və Şri-Lankanın hərbçiləri də iştirak edəcək.

Hazırda Azərbaycan və Pakistan münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırılır. Bu münasibətlərə birgə təlimlər, şirkətlərarası münasibətlər daxildir. Həmçinin hər zaman olduğu kimi, Bakı tərəfindən Pakistan istehsalı silah və sursat alınması nəzərdə tutulur. Bunlar enerji, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi ilə yanaşı həyata keçirilir.

Azərbaycan və Pakistan iqtisadi-ticarət əlaqələrinin yaxın 5 il ərzində yarım milyard dollara çatdırılmasına dair proqram hazırlayır. Sözssüz ki, bu ixracın təşviqinə və diversifikasiyasına təsir göstərəcək. Pakistan şirkətlərinin daha geniş vüsətdə Azərbaycan bazarına daxil olacağı gözlənilir.

Pakistan nüvə ölkəsi olaraq İslam dünyasında kifayət qədər nüfuzlu ölkədir. Rəsmi Bakı, qeyri-neft sektorunun inkişafı və Azərbaycanın enerji nəqliyyat keçidlərinin aradan qaldırılması mühiti çərçivəsində öz iqtisadiyyatına səramayələr cəlb edilməsi ilə bu ölkənin həm iqtisadi gücündən yararlanır, həm də Pakistan istehsalı hərbi texniki yenilikləri öz Silahlı Qüvvələrinin gücləndirilməsi üçün tətbiq edir. Həmçinin, 200 milyonluq Pakistan bazarı istənilən Azərbaycan istehsalı məhsullara istehlak bazarı ola bilər.

İqtisadi münasibətlər baxımından, Azərbaycan öz iqtisadi-ticarət əlaqələrini Türkiyə ilə yanaşı bir digər, nüvə hegemonu olan ölkə, Pakistanla münasibətlərini dərinləşdirərək tarazlaşdırmaq istəyir.

Pakistan Azərbaycan bazarına İran ərazisindən tezliklə işə düşəcək və İran-Pakistan dəmiryoluna birləşəcək, Azərbaycan-İran dəmiryolu xətti vasitəsilə çıxa bilər. Bundan başqa Pakistan Türkmənistan, Qazaxıstan vasitəsilə Bakı limanı ilə Qafqaz, Qara dəniz bazarları və Türkiyəyə çıxış niyyəti istiqamətində "Transxəzər" layihəsi ilə də maraqlanır.

Unutmayaq ki, rəsmi İslamabad hər zaman Qarabağ məsələsində qəti şəkildə Azərbaycanın yanında yer alıb və Ermənistanı dövlət şəklində tanımır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Pakistan  

Pakistan bazarı istənilən Azərbaycan istehsalı məhsullara istehlak bazarı ola bilər

2019/03/144_1-1552552667.jpg
Oxunub: 1063     15:10     14 Mart 2019    