Dələduzluq motivləri ilə qətl: Erməni əsgərin ölümünə görə hərbi qulluqçuya qarşı ittiham

2019/03/5a104-1552550664.jpg
Oxunub: 892     16:03     14 Mart 2019    
Martın 12-də, saat 06:50 radələrində "N" nömrəli hərbi hissənin döyüş mövqeyində əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində müddətli xidmət hərbi qulluqçusu əsgər Karen Artaki Karapetyan sol yuxarı çənə və döş qəfəsi nahiyyəsində dəlib keçən ölümcül odlu silah yarası alıb.

Ordu.az Ermənistanın İstintaq Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, hadisə ilə bağlı 3-cu qarnizon istintaq şöbəsində cinayət işi açılıb.

Aparılan araşdırmalar nəticəsində baş verən hadisənin səbəbləri, cinayətin törədilməsində şübhəli bilinən şəxsin kimliyi və motivlərinə dair önəmli məlumatlar məlum olub.

Əldə edilmiş kifayət qədər dəlillər əsasında, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusuna qarşı dələduzluq motivləri ilə qətl törədilməsi maddəsi üzrə ittiham irəli sürülüb və ona qarşı həbs qəti imkan tədbiri seçilib.

Xatırladaq ki, martın 12-də saat 06:50 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətindəki cəbhə zonasında yerləşən hərbi hissələrindən birinin döyüş mövqeyində, 2000-ci il təvəllüdlü, Gümrü şəhər sakini, müddətli xidmət hərbi qulluqçusu Karen Karapetyan aldığı odlu silah yarasından ölüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm  

Dələduzluq motivləri ilə qətl: Erməni əsgərin ölümünə görə hərbi qulluqçuya qarşı ittiham

2019/03/5a104-1552550664.jpg
Oxunub: 893     16:03     14 Mart 2019    