"Şıxlinski, Mehmandarov kimi şəxsiyyətlərin davamçılarının məsuliyyətsiz olmağa haqqı çatmır"

2019/03/71388-1552549657.jpg
Oxunub: 580     15:44     14 Mart 2019    
Bu gün Azərbaycan Ordusunda şəxsi heyətin döyüş təcrübəsinin artırılması, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji baxımdan təkmilləşdirilməsi başlıca vəzifələrdən biridir. Məqsəd dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının təminatçısı rolunda çıxış edən ordunun şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhunun daima yüksək olmasına nail olmaqdır. Əsgərlərin aparıcı qüvvə olaraq orduda xidmətin əsas yükünü öz üzərində daşımalı olacağını nəzərə alanda, sözügedən məsələyə son dərəcə məsuliyyətlə yanaşmaq reallığı ortaya çıxır. Azərbaycan əsgərinin əsas xəyalı, amalı torpaqlarımızın işğaldan azadlığıdı. Vətənə olan sevgisini, məhəbbətini, bağlılığını həyatı bahasına ödəməyə hazır olan Azəbaycan əsgəri Ağdamda, Şuşada, Xankəndidə, Kəlbəcərdə... bayrağımızı dalğalandırmaq intizarındadır.

Bu mənada Azərbaycan Ordusunda daimi olaraq qarşıya qoyulan ən əsas məsələlərdən biri də döyüş qabiliyyətinin artırılmasıdır. Mütəmadi olaraq keçirilən dərslər, hərbi təlimlər ordumuzun müasir döyüş vərdişlərinin artırılmasına xidmət edən vasitələrdən biridir. "N" hərbi hissəsinin artilleriyaçılarının fərdi hazırlıq dövründə təşkil edilən dərs prosesində gördüklərimiz də deməyə əsas verir ki, ordumuzda döyüş hazırlığına xüsusi diqqət yetirilir.

Kapitan Valeh Hacıyev bildirdi ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır: "Bir zabit kimi məni sevindirən odur ki, ordumuzun adı dünyanın güclü orduları sırasında çəkilir. Mən də bu gün güclü bir ordunun zabitiyəm. Güclü bir ordunun hərbi qulluqçusu olmaq şərəfdir. Bizim hərbi qulluqçu kimi borcumuz rəhbərlik tərəfindən qarşımıza qoyulan tapşırıqları yerinə yetirərək etimadı doğrultmaqdır. Torpaqlarımızı işğaldan azad etməkdir. Keçirilən bu dərslərin də əsas məqsədi şəxsi heyəti döyüş vəziyyətinə tam hazırlamaqdır və şəxsi heyətimiz döyüşə hazırdır".

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla yanaşı, şəxsi heyətlə işləyən hərbi qulluqçu, bir manqa komandiri kimi də üzərimizə böyük məsuliyyət düşür", - deyə kiçik çavuş Fuad Hüseynov qeyd etdi. - Artilleriyaçı olmaq böyük məsuliyyət tələb edir. Çünki Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov kimi böyük şəxsiyyətlərin davamçılarının məsuliyyətsiz olmağa haqqı çatmır. Valideynlərimizdən, müəllimlərimizdən, oxuduğumuz kitablardan əxz etdiyimiz və genlə gələn vətənpərvərlik hissi hərbi formanı geyinən, gecəsini gündüzünə qatan hər bir hərbi qulluqçunun içində var. Bu hiss də bizi məsuliyyətli olmağa səsləyir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elman Abbasov isə bildirdi ki, keçirilən dərslərin və təlimlərin şəxsi heyətin formalaşmasında rolu böyükdür: "Xidmət dövrü ərzində əsgərlər atışlı və atışsız təlimlərdə iştirak edirlər. İldə bir neçə dəfə atışlı təlimlər həyata keçirilir. Atışsız təlimlərin son nöqtəsini biz atışlı təlimlə real təlim mərkəzlərində həyata keçiririk. Gənc əsgərlər xidmətə gələndə biz onları atışsız təlimlər çərçivəsində öyrədir, təcrübəmizi layiqincə onlara aşılayırıq. Bizlər bu proses çərçivəsində həm öyrənir, həm də öyrədirik. Sonda qazanan Azərbaycan Ordusu və onun şəxsi heyəti olur.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Raqif Nəbiyev isə qeyd etdi ki, Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyən Azərbaycan əsgəri bir göz qırpımında tarixi torpaqlarımıza qanadlanmağa, düşmənin ayaqlarını o torpaqlardan birdəfəlik kəsməyə hazırdır.

Gördüklərimizdən bir inam hasil olur - məşqə cəlb olunan şəxsi heyət bir yumruq kimi mübarizə aparmağa, öhdəsinə düşən tapşırığı məsuliyyətlə, can-başla və vaxtında yerinə yetirməyə, ümumi qələbə üçün canından-qanından keçməyə belə qadirdir. O günün uzaqda olmadığına inanırıq.

Məhəmməd Əliyev "Azərbaycan Ordusu",
Foto: Namiq Pənahov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Döyüş-hazırlığı  

"Şıxlinski, Mehmandarov kimi şəxsiyyətlərin davamçılarının məsuliyyətsiz olmağa haqqı çatmır"

2019/03/71388-1552549657.jpg
Oxunub: 581     15:44     14 Mart 2019    