Kolerov niyə özünə yer tapa bilmir?| “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”

2019/03/koler-1552548725.jpg
Oxunub: 733     12:01     14 Mart 2019    
“ATƏT-in Minsk Qrupu ilk dəfə keçmiş iqtidarın da daxil olduğu Ermənistan hakimiyyətinin indiyədək danışıqlar apardığı “Madrid prinsipləri” haqqında bəyanat verib. Minsk qrupu yeni bir şey elan etməyib. Yeni olan, MQ-nin bu barədə bəyanat verməsidir”.

Ordu.az xəbər verir ki, bunu ATƏT-in MQ-nin bəyanatına münasibət bildirərkən, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, “Regnum” agentliyinin Baş redaktoru Modest Kolerov erməni mətbuatına müsahibəsində bildirib.

“Bu, indiyədək məxfi olan bu prinsiplərin indi rəsmi olaraq tərəflərə təklif edildiyi mənasına gəlir. Bu rəsmi sənəd uzun zaman Ermənistanın keçmiş hakimiyyəti, o cümlədən onlara da məlum olan indiki hakimiyyəti ilə birlikdə gizli saxlanılırdı”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu prinsiplər əsasında danışıqlar aparılması Ermənistan və qondarma quruma, həmçinin Ermənistanın maraqlarına əlverişli deyil. O hesab edir ki, bu prinsiplər əsasında danışıqlar dayandırılmalıdır.

“Açıqlanan bu prinsiplər və elementlər Qarabağın praktiki hərbi, demoqrafik, iqtisadi məhvinə aparır. Qarabağ bu prinsiplə və bu çərçivədə varlığını qoruya bilməz”, - deyə Kolerov açıq-aşkar birtərəfli mövqe tutub.

O, Qarabağın məhv olacağını və bu barədə əvvəllər danışdığını qeyd edib. Danışıqların dayandırılmasının döyüş əməliyyatlarının başlanılması demək olacağına dair iradlara isə Kolerov belə cavab verib: “Xeyr, bu belə deyil. 2016-cı il aprel döyüşləri danışıqlar prosesi dayandırılmadan başlamışdı. Yəni danışıqlar prosesinin varlığı hərbi əməliyyatların başlamayacağına zəmanət vermir. Ermənistanı müharibədən xilas edən, qoruyan yeganə amil ordudur”.

Danışıqlar prosesini dayandıraraq, nizamlama istiqamətində addımlar atılmasının mümükünlüyü barədə verilən suala isə Kolerov daha təxribatçı şəkildə cavab verib.

O deyib ki, danışıqlar prosesini dayandırmaq, Qarabağın müstəqilliyini tanımaq və nizamlama üzrə yeni formata səy göstərmək lazımdır. O, bunun, məsələn, BMT himayəsi altında, yaxud digər bir formatda baş verə biləcəyini iddia edib.

“Bir sözlə bu prinsiplər elan olduğu təqdirdə, artıq danışıqlar aparılmasının bir mənası yoxdur. Əgər bu prinsiplərlə danışıqlar aparılarsa, bu nizamlama üçün deyil, kapitulyasiya üçün aparılan danışıqlar olacaq”, - deyə Kolerov fikirlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kolerov   Qarabağ   Təxribat  

Kolerov niyə özünə yer tapa bilmir?| “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”

2019/03/koler-1552548725.jpg
Oxunub: 736     12:01     14 Mart 2019    