İki böyük türk dövləti hərbi əməkdaşlıq planı imzaladı

2019/03/806x3-1552546231.jpg
Oxunub: 1190     11:32     14 Mart 2019    
Qazaxıstan və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri 2019-cu il üçün nəzərdə tutulmuş hərbi əməkdaşlıq planını imzalayıblar.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, planda hərbi hazırlıq, hərbi müşahidə, sülhməramlı fəaliyyətlər, kibertəhlükəsizlik və s. kimi 17 məsələ nəzərdə tutulub.

Bildirilir ki, Qazaxıstanın Milli Müdafiə Universitetində iki ölkənin nümayəndələri arasında danışıqlar baş tutub. Tərəflər hərbi əməkdaşlığın daha da möhkəmləndirilməsi, gənc əsgərlərin Türkiyədə hərbi təhsil alması və bir sıra digər məsələlər üzrə də razılığa gəliblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qazaxıstan   Türkiyə   Hərbi-əməkdaşlıq  

İki böyük türk dövləti hərbi əməkdaşlıq planı imzaladı

2019/03/806x3-1552546231.jpg
Oxunub: 1191     11:32     14 Mart 2019    