ABŞ HHQ yeni nəsil katapult sistemlərinin tədqiqinə başlayıb

2019/03/17041-1552546008.jpg
Oxunub: 448     19:45     14 Mart 2019    
ABŞ Hərbi Hava Qüvvələri yeni nəsil katapult sistemləri üçün potensial mənbələrin müəyyənləşdirilməsi ilə bağlı bazar dəyərləndirməsinə başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ HHQ hazırda bir çox təyyarəsində istifadə edilən və artıq köhnəlmiş hesab etdiyi katapult oturacaqlarını yenisi ilə dəyişməyi planlaşdırır.

Bu layihənin əhatə edəcəyi təyyarələr arasında A-10 “Thunderbolt II”, F-15 “Eagle”, F-16 “Fighting Falcon”, F-22 “Raptor” və B-1 “Lancer”lər var. Yarış hələlik rəsmi olaraq elan edilməyib və nə zaman ediləcəyi ilə bağlı açıqlama yoxdur.

Lakin ABŞ HHQ yeni, daha müasir sistemlərdə görmək istədiyi özəlliklərin bəzilərini açıqlayıb. Yeni sistemin oturacaqları 62,6 kiloqramdan 153 kiloqrama qədər olmalıdır. Buraya pilotun çılpaq çəkisi, onun uçuş ləvazimatının və təhlükəsizlik ləvazimatının ağırlığı da daxildir.

Bununla yanaşı, sistem 18 kilometrə qədər yüksəklikdə 1111 km/saat sürət yığa bilməlidir. Onun paraşütünün vertikal eniş sürəti 7 m/san-dən çox olmamalı və minimum saniyədə 20 dərəcə çevirilımək imkanı olmalıdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   HHQ   Katapult  

ABŞ HHQ yeni nəsil katapult sistemlərinin tədqiqinə başlayıb

2019/03/17041-1552546008.jpg
Oxunub: 451     19:45     14 Mart 2019    