Erməni əsgər anasından ombudsmana şikayət: “Övladımı müayinə etmirlər”

2019/03/465_1-1552545593.jpg
Oxunub: 340     14:39     14 Mart 2019    
Erməni əsgərin anası insan hüquqları müvəkkilindən (ombudsman) xahiş edib ki, oğlunun əlavə müayinələrdən keçirilməsinə köməklik göstərsin.

Ordu.az xəbər verir ki, Ombudsman ofisindən erməni mətbuatına verilən məlumata görə, şikayətlə müraciət edən əsgərin valideyni övladının müəyyən sağlamlıq problemləri olduğunu bildirib.

Buna görə də o, İrəvan qarnizonu hospitalına müalicə üçün qəbul edilib. Şikayətçinin sözlərinə görə, hospitalda aparılan müayinələr sağlamlıq problemlərinin müəyyən edilməsi üçün kifayət etməyib və onun araşdırılması məqsədilə insan hüquqları müvəkkilinin nümayəndələri bəyan etmədən İrəvan qarnizonu hərbi hospitalına baş çəkiblər.

Hospitala səfər zamanı ombudsmanın nümayəndələri həkim və hospitalın rəhbər heyəti, şikayətçi xəstəni müalicə edən həkimlə görüşdüklərini, onun müalicə sənədlərini araşdırdıqlarını bildiriblər.

Nəticədə məlum olub ki, hərbi qulluqçunun sağlamlıq dərəcəsinin müəyyən edilməsi üçün zəruri olan müayinələr aparılmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Xəstəlik  

Erməni əsgər anasından ombudsmana şikayət: “Övladımı müayinə etmirlər”

2019/03/465_1-1552545593.jpg
Oxunub: 343     14:39     14 Mart 2019    