Gənclərimizin çağırışaqədərki hazırlığı necə təşkil edilir?

2019/03/fbd60-1552544586.jpg
Oxunub: 851     10:12     14 Mart 2019    
Vətənpərvərlik tərbiyəsi Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir. Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır.

Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir. Bu baxımdan orta məktəblərdə tədris olunan "Gənclərin çağırışaqədərki hazırlığı" fənni mühüm rol oynayır. Bu fənn öz məzmunu etibarı ilə şagirdləri Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatlandırır, hərbi nizamnamə qaydalarını mənimsədir, ordu həyatı ilə tanış edir, hərbi xidmətə fiziki və mənəvi-psixoloji cəhətdən hazırlayır. Şagirdlərdə orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaradaraq, vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirir.

Dünyanın inkişaf etmiş orduları ilə eyni sırada dayanan qüdrətli ordunun zabiti olaraq gənc nəslin ordu həyatına hazırlanması ilə daha yaxından tanış olmaq üçün Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyində olduq.

Liseyin direktoru Bəkir Mustafayev bildirdi ki, millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. “Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Ümummilli liderimiz Heydər Əliyev daim gənclərə qayğı göstərərək, onların bir fərd kimi yetişməsinə, milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm verirdi. Ulu Öndər nitqlərinin birində bu barədə deyirdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. Bu gün əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar...".

Ordu haqqında fikirlərini bölüşən məktəb direktoru vurğuladı ki, Azərbaycan Ordusu minlərlə gəncimizi öz sıralarında birləşdirən sarsılmaz qüvvədir. "Xalqımız öz ordusu ilə fəxr edir, yüksək məhəbbət hissi ilə sevir. Xalqın məhəbbəti, hörməti və qayğısı əsgərlərimizin qəlbini oxşayır, onları ruhlandırır. Məktəbimiz "Əsgərə xatirə kitabı" layihəsində iştirak edərək ön xətdə mərd oğullarımızı ziyarət edib. Şagirdlərimiz əsgərlərimizə davamlı olaraq məktublar yazırlar. Bunun həm şagirdlərimizin vətənpərvər ruhda böyüməsinə öz töhfələrini verəcəyini, həm də əsgərlərimizdə ruh yüksəkliyi yaradacağını düşünürük...".

Öyrənirəm ki, "Gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris etmək Silahlı Qüvvələr və müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Aslan Ömərova həvalə olunub. Hərbi hazırlıq dərslərinin ehtiyata buraxılmış zabitlər tərəfindən keçirilməsi bu işdə əhəmiyyətli rol oynayır. Belə mütəxəssislər şagirdlərə hərbi vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə aşılayırlar. Ehtiyatda olan zabit bildirdi ki, orta məktəblərdə tədris olunan hərbi hazırlıq fənlərinin böyük əhəmiyyəti var. "Hərbi hazırlıq dərslərində şagirdlərə silahlardan istifadə qaydaları öyrədilir. Eyni zamanda hərbi hazırlıq dərsləri şagirdlərin Vətənə bağlılığını artırır, torpaqlarımızı müdafiə etmək borcunun nə olduğunu dərk etməyə yardımçı olur. Gəncləri mənəvi-psixoloji baxımdan hərbi həyata hazırlamaq vacibdir. Bu fənn, həmçinin onların vətənpərvər ruhda böyüməsinə öz təsirini göstərir. Orduya çağırılan gənclərin müəyyən hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə onların peşəkar hərbçi kimi yetişməsində vacib rol oynayır...

Ordumuzun ən güclülər sırasında olmasından qürur duyuruq. Ali Baş Komandanın və Müdafiə nazirinin orduya olan diqqət və qayğısı, davamlı olaraq ön cəbhəyə səfərləri, əsgərlərin yanında olmaları vətənpərvərlik baxımından çox dəyərli nümunə olmaqla yanaşı, gənclərimizdə hərbi xidmətə, orduya sevgi və hörmət hisslərini də tərbiyə edir".

Şagirdlərin hərbi vətənpərvərlik hisslərinin artırılmasında canlı ünsiyyət də mühüm rol oynayır. Onlar davamlı olaraq Azərbaycan Hərb Tarixi və Dövlət Sərhəd Xidməti Muzeylərində, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, hərbi hissələrdə olurlar. Bütün bunlar yeniyetmələrin formalaşmasında, Vətənə bağlılığının artırılmasında və torpağın müdafiəsində dayanmaq kimi hisslərinin inkişaf etdirilməsində mühüm rol oynayır.

Məktəbin "Şahinlər" və "Cəsurlar" hərbi-idman yarışlarında yetərli uğurlarının olduğunu öyrəndim.
Gənclərin çağırışaqədərki hazırlıq sinfində bütün zəruri vəsaitlərin olmasından könül xoşluğu duydum. Mövzu "7.62 mm-lik AKM və 5.45 mm-lik AK74 avtomatları. Təyinatı, döyüş xassələri və quruluşu" idi. Dərsin gedişini izləyib şagirdlərin necə həvəsli olmalarının, bu fənnə sevgilərinin canlı şahidi oldum.

Daha sonra bir qrup şagirdlə söhbətləşirik. Müsahibim Xanlar Əzizov Qusar rayonunda yerləşən "N" hərbi hissəsində təşkil olunan hərbi vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər"in yay düşərgəsində olmasından söz açdı. “Bizlər Vətən qarşısındakı borcumuzu bu gün yaxşı oxumaqla, sabah isə orduda şərəflə xidmət etməklə verəcəyik."

“Vətənimiz, dövlətimiz bizdən hər sahədə hünər gözləyir. Mənim ən böyuk arzum yaxın gələcəkdə səngərlərimizi sərhədlərimizə köçürəcək şanlı ordumuzun zabiti kimi Vətən keşiyində durmaqdır", - deyə Ceyhun Abdulrəhmanov fikirlərini bizimlə bölüşdü.

Nuri İsgəndər dedi ki, hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılıb.

Uşaq yaşlarından zabit olan atasının hərbi formasını geyinib, güzgü qarşısında özünə baxmaqdan doymayan Emil Babazadə qürur və fəxrlə gələcəkdə hərbçi olub Vətəninə xidmət edəcəyini dilə gətirdi.

Ən böyük arzusu hərbi mundir geyinmək olan İlkin Cəfərzadə qeyd etdi ki, dövlətimizin bizdən gözləntiləri böyükdür. “Bizlər də bu etimadı doğruldacağıq. Vətəninə, xalqına bağlı olan kəs bir an belə olsun unutmamalıdır ki, əzəli torpaqlarımız düşmən işğalı altındadır".

Şagirdlərin gələcək həyatlarında Vətəninə, millətinə layiqli övlad olmaq istəkləri qürurvericidir. Vətənə, torpağa, bayrağa, xalqa sevgi ilə yaşayıb böyüyən gənclərimizin sabahımızın etibarlı gələcəyi olacağına inanırıq.

Günay Tağıyeva, "Azərbaycan Ordusu",
Foto: Namiq Pənahov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çağırışaqədərki-hazırlıq   Məktəblilər  

Gənclərimizin çağırışaqədərki hazırlığı necə təşkil edilir?

2019/03/fbd60-1552544586.jpg
Oxunub: 852     10:12     14 Mart 2019    