Ermənistan MN-in mətbuat katibi ilə hərbi ekspert arasında qalmaqal – DETALLAR

2019/03/image-1552544469.jpg
Oxunub: 974     20:54     14 Mart 2019    
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Artsrun Hovhanisyan son zamanlar mətbuatda MN-in fəaliyyətini tənqid edən hərbi ekspert Van Hamburtsumyanla bağlı açıqlama verib.

Ordu.az xəbər verir ki, o, öz “Facebook” səhifəsi vasitəsilə Van Hambartsumyan adlı özünü hərbi ekspert kimi təqdim edən şəxsi xəbər saytlarının həvəslə dəvət etdiyini və mətbuat konfransları təşkil edərək, parlaq fikirlər bölüşdüyünü, lakin bu şəxsin hərb işindən heç bir anlayışı, hərbi təhsili və yaxud bu kimi hər hansı hərbi bağlılığı olmadığını dərk etmədiklərini bildirib.

Hovhannisyan əlavə edib ki, özünü hərbi ekspert kimi təqdim edən Hambartsumyan 2012-ci ildə Kino və Teatr dövlət institutunu bitirib. Qısa müddət ərzində Baş Qərargahın tabeliyindəki hərbi hissələrdən birində sürücü-fəhlə olub. Artsrun Hovhanisyan, əgər bu hərbi ekspert “erməniçiliyin xilas edilməsi uğrunda gizli layihələr” həyata keçirdiyini, bu vəzifənin xüsusi önəm daşıdığını iddia etməyə çalışarsa, digər faktları açıqlayacağına dair xəbərdarlıq edib.
O, mətbuat nümayəndələrinə səslənərək, özlərini bu qədər ucuz tutmamağa səsləyib.

“Hraparak” nəşri öz növbəsində adı qeyd edilən hərbi ekspert Van Hambartsumyanla uzun müddətdir ki, əməkdaşlıq etdiyinə görə onun bu barədə fikirlərini öyrənməyə çalışaraq, hərbi işlə əlaqəli olub-olmadığına dair ona müraciət edib. Hambartsumyan baş verən qalmaqala münasibət bildirərkən deyib ki, o, heç vaxt harada qeydiyyatda olduğunu deməyib, yalnız Baş Qərargahda çalışdığını vurğulayıb.

Erməni ekspert, Ermənistan ordusunun Kanakerdə yerləşən hərbi hissəsində işlədiyini bildirib. 2013-cü ildə həmin dövrün BQ rəisi Yuri Xaçaturovun qəbulunda olduğunu, xidmət etmək istədiyini bildirdiyini və Xaçaturovun qəbulunda ona verilən sualları kifayət qədər yaxşı cavablandırdığıına görə, MN-ə müraciət etməsinə razılıq verildiyini bildirib. MN-ə müraciəti isə Yuri Xaçaturovun qəbul otağından başlayıb. O, buna administrasiya rəhbəri Aris Brutyanın da şahid olduğunu qeyd edib. Həmin vaxt onu Kanakerdəki hərbi hissədə sürücü-fəhlə vəzifəsinə qəbul etsələr də, BQ-də işlədiyini qeyd edib. Burada onun fəaliyyəti 2014-cü ilin mart ayınadək davam edib. Hambartsumyan, heç zaman hərbi təhsil aldığını, hərbi məktəb məzunu olduğunu demədiyini bildirib.

O, Artsrun Hovhanisyana tövsiyyə edib ki, tutarlı əks arqumentlər təqdim etsin. Erməni ekspert söz verib ki, əgər təqdim edilən sübutlar onun səhv olduğunu əsaslandırarsa, ictimai şəkildə diz çökərək, üzr istəyəcək. Hambartsumyan peşə hazırlığı, ixtisas bilikləri sahəsində yarışmaq üçün Artsrun Hovhanisyanı debata dəvət edib. Onun teatr sahəsi məzunu olduğunu, Artsrun Hovhanisyanın isə təcrübəli zabit olduğunu qeyd etməklə, bildirib ki, qoy gəlib yarışsın.

O, Hovhanisyanın MN-dəki rolunun, ölüm hadisələrini gizlətməkdən, silahların adlarını düzgün ifadə etməyi bacarmadan dezinformasiya yaymaqdan ibarət olduğunu vurğulayıb.

Sonda Hambartsumyan bildirib ki, əgər Hovhanisyanın əlində onun barədə yayımlayacağı hər hansı informasiya varsa, yayımlasın, bu sadəcə şantaj yoludur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistan MN-in mətbuat katibi ilə hərbi ekspert arasında qalmaqal – DETALLAR

2019/03/image-1552544469.jpg
Oxunub: 975     20:54     14 Mart 2019    