Erməni deputat: “Keçmiş iqtidar Kazan sənədini ləğv edə bilmədiyini etiraf etməlidir”

2019/03/34534-1552543457.jpg
Oxunub: 659     10:02     14 Mart 2019    
“Formatla bağlı dəyişikliklər, hər hansı dəyişikliyin olmaması orada qeyd edilməyib. Orada qeyd edilib ki, bu dəyişikliklər tərəflərin razılığı ilə aparılmalıdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri erməni parlamentinin “Mənim Adımım” fraksiyasının deputatı Hovhanes İgidyan səsləndirib.

Onun sözlərinə görə, erməni tərəfi öz yanaşmaları ilə yalnız Minsk Qrupuna deyil, həm də Azərbaycan tərəfinə onun mövqeyinin qeyri-mümkün olduğunu göstərməlidir.

“Nikol Paşinyan deyir ki, danışıqlar masasında onu seçmək hüququ olan Ermənistan vətəndaşlarını təmsil edəcək. Bununla da danışıqlar masasında nə Ermənistanın, nə Azərbaycanın, nə də Minsk qrupunun təmsil etmədiyi bir vətəndaş kütləsi qalır. Bununla yanaşı, keçmiş iqtidar Kazan sənədini ləğv edə bilmədiyini etiraf etməlidir”, - deyə İgidyan Paşinyanın bəyanatlarına haqq qazandırmağa çalışıb.

Qeyd edək ki, Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda konkret olaraq göstərilib ki, danışıqlar formatı dəyişə bilməz və bu münaqişənin sülh yolu ilə həllinə zərbə vura bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ   ATƏT  

Erməni deputat: “Keçmiş iqtidar Kazan sənədini ləğv edə bilmədiyini etiraf etməlidir”

2019/03/34534-1552543457.jpg
Oxunub: 660     10:02     14 Mart 2019    