“38 North”: Son bir həftədə KXDR-in raket bazası fəaliyyətsizdir

2019/03/M3RMM-1552539860.jpg
Oxunub: 337     09:52     14 Mart 2019    
Şimali Koreyanın Donqçanq-ridəki Sohae Peyk Atış Stansiyasında martın 8-dən etibarən heç bir fəaliyyət qeydə alınmayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə mərkəzi ABŞ-da yerləşən və Şimali Koreyanın monitorinqini aparan beyin mərkəzi “38 North” bildirib.

Mərkəzin məlumatına görə, kommersiya peyklərindən əldə edilən görüntülərə əsasən ötən həftənin cümə günündən keçən müddət ərzində bazada heç bir yenilik gözə çarpmayıb.

Xatırladaq ki, ötən həftə mərkəz sözügedən bazada Şimali Koreyanın yenidən fəaliyyətə başladığını və onun bir hissəsinin bərpa edildiyini açıqlayıb. Məlumatda, hətta Trampla Kim arasında ötən ay baş verən sammit zamanı belə bu fəaliyyətlərin davam etdiyi göstərilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şimali-Koreya   ABŞ  

“38 North”: Son bir həftədə KXDR-in raket bazası fəaliyyətsizdir

2019/03/M3RMM-1552539860.jpg
Oxunub: 340     09:52     14 Mart 2019    