ABŞ Yəməndəki qüvvələrini geri çəkəcək

2019/03/US-Na-1552539205.jpg
Oxunub: 301     09:29     14 Mart 2019    
ABŞ Senatı Yəməndə davam edən müharibəyə daxil olan, yaxud ona təsir edən bütün hərbi qüvvələrin 30 gün ərzində geri çəkilməsini nəzərdə tutan qərarı qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qanunla bağlı dünən Senatda keçirilən səsvermədə nəticə 54-46 onu dəstəkləyənlərin xeyrinə yekunlaşıb.

Sözügedən qanun layihəsində “Əl-Qaidə” ilə vuruşanlar istisna olmaqla, Yəməndəki digər bütün qüvvələrin geri qaytarılması göstərilib. Bu qanun ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanla bağlı siyasətinə önəmli bir qarşı çıxış kimi dəyərləndirilib.

Qanun layihəsi bundan sonra Konqresin digər palatası Nümayəndələr Məclisindən keçməli və daha sonra prezident tərəfindən təsdiqlənməlidir. Çoxluğun demokratların əlində olduğu nümayəndələr palatasında qanunun rahatlıqla keçəcəyi güman edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Yəmən  

ABŞ Yəməndəki qüvvələrini geri çəkəcək

2019/03/US-Na-1552539205.jpg
Oxunub: 302     09:29     14 Mart 2019    