Hərbi Dəniz Qüvvələrində Novruz bayramı tədbiri keçirilib - FOTOLAR

2019/03/c7c5c-9314952492.jpg
Oxunub: 496     17:50     13 Mart 2019    
2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, daha bir bayram tədbiri Müdafiə Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Hərbi Dəniz Qüvvələrində keçirilib.

Təntənəli mərasimdə çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.

“Yel” çərşənbəsində baş tutan musiqili bayram tədbirində populyar müğənnilər və rəqs qrupları hərbi dənizçilər qarşısında rəngarəng konsert proqramı ilə çıxış ediblər

Tonqal ətrafında keçirilən bayram şənliyində zabitlərin ailə üzvləri də iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: HDQ   Bayram  

Hərbi Dəniz Qüvvələrində Novruz bayramı tədbiri keçirilib - FOTOLAR

2019/03/c7c5c-9314952492.jpg
Oxunub: 499     17:50     13 Mart 2019    