"Paşinyan hərbi kollecin mülkiyyətini satmağa çalışır" - Vigen etiraz etdi

2019/03/34534-1552479631.jpg
Oxunub: 633     17:09     13 Mart 2019    
"Gənclərin zabit peşəsini seçməsi üçün cəlb edilməsi istiqamətində görülən ən yaxşı iş, 1 il ərzində ən yaxşı hərbi məktəbə çevrilən təhsil müəssisəsi toza çevriləcək".

Ordu.az xəbər verir ki, Ermənistanın sabiq Müdafiə naziri Vigen Sarkisyan öz "Facebook" səhifəsiində yazıb.

O bildirib ki, Paşinyan hökuməti Dilican şəhərində yerləşən Monte Melkonyan adına Hərbi-Məktəb Kollecinin mülkiyyətini kommersiya məqsədləri üçün satmağa çalışır.

"Dövlət mülkiyyətinin idarə edilməsi idarəsi bu istiqamətdə aktiv fəaliyyət prosesinə başlayıb. Hökumət hesab edir ki, bu ordu, xüsusilə kursantlar üçün çoxdur", - deyə o qeyd edib.

Sarkisyan bu məlumat mənbəyinin dövlət mülkiyyətinin idarə edilməsi idarəsinin əməkdaşı olduğuna görə, ilk növbədə inanamadığına, lakin bu gün bu məlumatı Müdafiə Nazirliyinin yüksək vəzifəli bir məmurunun təsdiq etdiyini bildirib.

O vurğulayıb ki, gənclərin zabit peşəsini seçməsi üçün cəlb edilməsi istiqamətində görülən ən yaxşı iş, 1 il ərzində ən yaxşı hərbi məktəbə çevrilən təhsil müəssisəsi toza çevriləcək.

"Dünən hərbi vətənpərvərlik lazım olmadığı kimi, bu gün də faktiki olaraq, həm də hərbi təhsil lazım deyil", - deyə sabiq erməni nazir etirazını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vigen-Sarkisyan   Paşinyan   Etiraz  

"Paşinyan hərbi kollecin mülkiyyətini satmağa çalışır" - Vigen etiraz etdi

2019/03/34534-1552479631.jpg
Oxunub: 634     17:09     13 Mart 2019    