Qriqoryan detalları açdı: “Əmrin icrası məqsədilə ordu bölmələrində yardımçı əmrlər verilib”

2019/03/15621-1552472893.jpg
Oxunub: 985     20:27     13 Mart 2019    
“İlkin araşdırma materiallarına əsasən Robert Köçəryanın, Armen Qriqoryanın, Yuri Xaçaturovun və Seyran Ohanyanın bu əməllərdə iştirakını və günahını sübut edən dəlillər kifayət qədərdir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “1 Mart” cinayət işi üzrə zərərçəkənlərin hüquqi varislərinin nümayəndəsi Vahe Qriqoryan müsahibəsində bildirib.

Cari iş üzrə tərəflər cinayət işinin materialları ilə tanış olurlar. Erməni vəkil iş üzrə bir neçə sualları cavablandırıb.

- Cənab Qriqoryan ilk növbədə zərərçəkən tərəf ilkin araşdırma prosesinin gedişatını necə qiymətləndirir?

- İlkin araşdırmanın yekunlaşdığı bəyan edilsə də, bu realda ilkin araşdırmanın tam başa çatdığı mənasına gəlmir. Çünki tərəflərin vəsadəti ilə ilkin araşdırmanın yenidən başlanılması ehtimalı istisna edilmir. Ümumilikdə isə iş üzrə araşdırılacaq hələ çox məqamlar var.

- Müdafiə tərəfi iddia edir ki, 0038 nömrəli əmrdə utanc verə biləcək və qeyri-adi bir şey yoxdur. Əslində cinayət materialları ilə tanış olmusunuz, bu iddiaların gerçək olduğunu söyləyə bilərsiniz?

- Bu yalnız müdafiə tərəfinin iddialarıdır, bundan artıq yanaşma sərgiləmək olmaz. Mən iddia edə bilərəm ki, bu əmrin verilməsində məqsəd siyasi hadisələrə güc tətbiqinin cəlb edilməsi olub. Ordunun cəlb edilməsi nəticəsində Ermənistanın konstitusiya quruluşuna misli görünməmiş təhlükə və uzunmüddətli zərbə vurulub. Əmrin giriş hissəsində qeyd edilir ki, Ermənistan prezidenti seçkilərinin nəticələrinin beynəlxalq aləm tərəfindən açıq və şəffaf keçirilməsi tanındıqdan sonra, bəzi siyasi qüvvələr bunu qəbul etmir və qanuna zidd əməllərlə vəziyyəti qeyri-stabilləşdirməyə çalşırlar. Əmrin girişində yazılan bu sözlər 0038 saylı əmrin əsas mahiyyətini tam ortaya qoyur. Bundan başqa nə sübut lazımdır. Bu siyasi dəyərləndirmədi və siyasi dəyərləndirmə üzərindən verilən əmrdir.

- Cənab Qriqoryan, yəni əmr ordunun daxili siyasi proseslərə cəlb olunmasını sübut edirmi?

- Bəli, birbaşa, həm də yalnız bu əmrlə deyil.

- Müdafiə tərəfinin iddasına görə, ordu daxili siyasi proseslərə cəlb edilməyib. Müdafiə tərəfindən Hayk Alumyan əlavə olaraq bəyan edib ki, 0038 saylı əmr, ordunun “1 Mart” hadisələrinə cəlb edilməsinə yox, bu əmrlə ordunun siyasətə cəlb edilməsi cəhdlərini qarşısını almağın lazım olduğundan irəli gəlir. Bunu necə şərh edərdiniz?

- Sözügedən əmr yalnız əldə olan mətnlə məhdudlaşmır. Bu əmrin tələblərini yerinə yetirmək üçün ordu bölmələrində əmrin icrasının texniki cəhətdən təmin edilməsinə görə yardımçı əmrlər verilib. Beləliklə, ordunun siyasi proseslərə cəlb edilməsi yalnız bu əmrlə deyil, ordunun bu fəaliyyətə hazırlığını təmin edən digər müxtəlif əmrlərə də əsasən baş tutub. Heç kim demir ki, fevralın 23-də verilən əmrə əsasən ordu martın 1-də nə etməli idi. Ordu 1 mart tarixində istənilən məqamda daxili siyasi həyata müdaxilə etməli idi.

- Cənab Qriqoryan, nəticədə cinayət işində məlum olurmu ki, Mikayel Harutyunyan kimin sərəncamı ilə bu əmri verib? Bunu ona görə soruşuram ki, Robert Köçəryan belə bir əmrdən xəbərdar olmadığını deyir?

- Mən yalnız əmrin giriş hissəsini “Ermənistan ali baş komandanı tərəfindən qoyulan tapşırıqların yerinə yetirilməsi haqqında” xatırlada bilərəm və davamı olaraq əmrin girişi, əmrin əsas hissəsi və sonda əmrin əməliyyat hissəsi yazılır.

- Yalnız Arşak Karapetyanın Robert Köçəryana qarşı verdiyi ifadə var, yoxsa başqa ifadələr də mövcuddur? Bununla əlaqədar detalları açıqlaya bilərsiniz?

- General Karapetyanın ifadəsini nə inkar, nə də təsdiq edə bilərəm. Lakin Robert Köçəryanın iştirakını və rolunun olmasında günahını sübut edən birbaşa və bilavasitə hesab edilən sübutlar var.

- Seyran Ohanyanın ittihamının əsasını, həqiqətən, 2 mart 2008-ci il tarixində oxuduğu mətn təşkil edir, yoxsa ona qarşı digər sübutlar var?

- Yalnız həmin mətn deyil, həmçinin onun həmin hadisələrdə iştirakı da təşkil edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: 1-Mart   Ermənistan   Ordu  

Qriqoryan detalları açdı: “Əmrin icrası məqsədilə ordu bölmələrində yardımçı əmrlər verilib”

2019/03/15621-1552472893.jpg
Oxunub: 986     20:27     13 Mart 2019    