ABŞ İsrailə daha 3,8 milyard dollar yardım edəcək

2019/03/F1807-1552455032.jpg
Oxunub: 721     10:13     13 Mart 2019    
Ağ Evin növbəti maliyyə ili üçün Konqresə təqdim etdiyi büdcə layihəsində İsrailə ediləcək maliyyə yardımının davam etdirilməsi nəzərdə tutulub.

Ordu.az “Jerusalem Post”a istinadən xəbər verir ki, bu məqsədlə ABŞ gələn il İsrailə ümumilikdə 3,8 milyard dollar yardım edəcək.

Bildirilir ki, bunların 3,3 milyard dolları xarici hərbi yardım çərçivəsində İsrailə birbaşa veriləcək, digər 500 milyon dollar isə raketdən müdafiə məqsədilə aparılan kooperativ proqramlara xərclənəcək.

Xatırladaq ki, hələ Barak Obama dövründə İsraillə ABŞ arasında əldə edilmiş Anlaşma Memorandumuna görə, ABŞ ötən ildən etibarən 10 il ərzində Təl-Əvivə 38 milyard dollar hərbi yardım edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   İsrail   Hərbi-yardım  

ABŞ İsrailə daha 3,8 milyard dollar yardım edəcək

2019/03/F1807-1552455032.jpg
Oxunub: 722     10:13     13 Mart 2019    