Pentaqon tədqiqat və təkmilləşdirmə işlərinə rekord həcmdə büdcə istəyir

2019/03/5c883-1552454818.jpg
Oxunub: 293     11:54     13 Mart 2019    
Tramp administrasiyasının 2020-ci maliyyə ili üçün hazırladığı büdcə layihəsində hipersəs silahlara da yer ayrılıb.

Ordu.az RT-yə istinadən xəbər verir ki, büdcədə bu silahların təkmilləşdirilməsi məqsədilə daha 2,6 milyard dollar xərclənməsi nəzərdə tutulub.

Xatırladaq ki, sözügedən büdcənin ümumi həcmi 4,7 trilyon, müdafiə məqsədli hissəsi isə 750 milyard dollar təşkil edir. Bu büdcədə süni zəka, hipersəs silahlar və s. kimi sahələrin tədqiqi və təkmilləşdirilməsi üçün rekord həcmdə maliyyə vəsaitinin ayrıldığı bildirilir.

Daha 3,7 milyard dolların münaqişəli mühitə uyğun pilotlu və pilotsuz sistemlər üçün, 1 milyard dolların isə süni zəka və üz tanıma proqramlarının araşdırılması üçün ayrılması planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tramp   Pentaqon  

Pentaqon tədqiqat və təkmilləşdirmə işlərinə rekord həcmdə büdcə istəyir

2019/03/5c883-1552454818.jpg
Oxunub: 294     11:54     13 Mart 2019    