Trampın 2020-ci il üçün istədiyi müdafiə büdcəsində nələr var?

2019/03/4KLHK-1552398911.jpg
Oxunub: 538     19:33     12 Mart 2019    
Tramp administrasiyası 2020-ci maliyyə ili üçün 4,7 trilyon dollarlıq federal büdcə hazırlayıb. Bunun 750 milyard dollarlıq hissəsi məhz milli müdafiə üçün nəzərdə tutulub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, administrasiyanın 2020-ci il üçün hazırladığı büdcə layihəsində hərbi xərclərin payı ötən ilki ilə müqayisədə 5%, yəni 34 milyard dollar artırılıb.

750 milyard dolların 718 milyardı Pentaqona, 32 milyardı isə Energetika Nazirliyinin nüvə laboratoriyaları və digər agentliklər tərəfindən həyata keçirilən milli təhlükəsizlik proqramlarına ayrılacaq. Müdafiə xərclərindəki artımı qarşılamaq üçün mərkəzi hökumət qeyri-müdafiə proqramlarından 5%-lik bir hissənin kəsilməsini təklif edir.

Bu layihədə Pentaqon üçün istənilən maliyyə vəsaitinin 576 milyard dolları onun baza büdcəsi, 165 milyard dolları Potensial Xarici Əməliyyatlar üçün geri qalan 9 milyardlıq bir hissə isə təbii fəlakətlər və Meksika ilə sərhədə çəkiləcək divarın qismən maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

2020-ci maliyyə ili büdcəsində ABŞ-ın Silahlı Qüvvələrin altıncı qanadı kimi Kosmik Qüvvələri formalaşdırması üçün də maliyyə göstərilib. Lakin bununla bağlı detallar bu gün Pentaqon tərəfindən daha ətraflı açıqlanacaq.

Xatırladaq ki, martın 1-də Pentaqon rəsmiləri Kosmik Qüvvələrin qərargahı üçün 72 milyon dollar vəsaitin tələb olunduğunu bildiriblər. Həmin açıqlamada göstərilib ki, 15 min nəfərdən ibarət tərkibi olacaq KQ-nin illik xərci 500 milyon dollar ətrafında hesablanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tramp   Müdafiə-büdcəsi  

Trampın 2020-ci il üçün istədiyi müdafiə büdcəsində nələr var?

2019/03/4KLHK-1552398911.jpg
Oxunub: 539     19:33     12 Mart 2019    