BMT 2018-ci ilin suriyalı uşaqlar üçün ən ölümcül il olduğunu açıqladı

2019/03/21406-1552390523.jpg
Oxunub: 381     15:34     12 Mart 2019    
Birləşmiş Millətlər Təşkilatı ötən il Suriyada ölən uşaqların sayını açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, açıqlamada 2018-ci ilin Suriyada uşaq ölümləri bağlı ən ölümcül il olduğunu bildirilib.

BMT Uşaq Fondu UNİCEF, 2018-ci ildə baş verən qarşıdurmalarda 1,106 uşağın ölümünü təsbit edib. Bu 2011-ci ildə müharibə başladıldığı gündən ən yüksək illik göstərici olub. Lakin bu rəqəmlərin daha çox olacağı ehtimal edilir.

"Suriyada müharibənin sona çatması barədə yanlış düşüncə var. Ölkənin bəzi yerlərində olan uşaqlar 8 ildəki münaqişə zamanındakı kimi təhlükə altındadır", - deyə UNİCEF icraçı direktor Henrietta Fore bildirib.

Qeyd edək ki, uşaq ölümlərinə səbəb ölkə boyu baş verən hücumları olub. Suriyadakı müharibə, təxminən yarım milyon insanın ölümünə səbəb olub. Ölkəni təxminən 5,6 milyon insan tərk edib. Ölkədə 6,6 milyon insan öz evlərini itirib.

İnci Rzayeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMT   Suriya  

BMT 2018-ci ilin suriyalı uşaqlar üçün ən ölümcül il olduğunu açıqladı

2019/03/21406-1552390523.jpg
Oxunub: 382     15:34     12 Mart 2019    