Baş nazir: "Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər uğurlu hərbi əməkdaşlığın əsasıdır"

2019/03/8a6a5-1552392403.jpg
Oxunub: 439     14:58     12 Mart 2019    
"Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər uğurlu hərbi əməkdaşlığın əsasıdır".

Ordu.az xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Boyko Borisov bu ölkədə səfərdə olan Azərbaycan Müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla görüşündə deyib.

Azərbaycan-Bolqarıstan dostluq münasibətlərinin inkişafından razılığın bildirildiyi görüşdə müxtəlif strukturlar, o cümlədən Müdafiə nazirlikləri arasında görüşlərin keçirilməsi yüksək qiymətləndirilib. Bunun ölkələrimiz arasındqa mövcud siyasi, iqtisadi, mədəni əlaqələrin, hərbi sahədə əməkdaşlığın tərəqqisi üçün yeni imkanlar açdığı ifadə edilib.

Baş nazir qeyd edib ki, Bolqarıstan NATO-nun üzv ölkəsidir və özünün müdafiə qabiliyyətinin inkişafı üçün ciddi səylər göstərir.

Görüşdə, həmçinin Bolqarıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Botsev və müdafiə nazirinin müavini Atanas Zapryanov iştirak ediblər.

Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və beynəlxalq təhlükəsizliyə, sabitliyə təhdid təşkil edən faktorları pisləyib, onlara qarşı mübarizədə beynəlxalq səylərin effektivliyinin artırılmasının zəruriliyini də xüsusu vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bolqarıstan   Azərbaycan   Hərbi-əməkdaşlıq  

Baş nazir: "Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər uğurlu hərbi əməkdaşlığın əsasıdır"

2019/03/8a6a5-1552392403.jpg
Oxunub: 440     14:58     12 Mart 2019    