ABŞ qurudan atılan qanadlı raketlər üçün hissələrin istehsalına başlayacaq

2019/03/56756-1552388155.jpg
Oxunub: 326     14:43     12 Mart 2019    
Birləşmiş Ştatlar qurudan atılan qanadlı raket sistemləri üçün tələb olunan hissələrin istehsalına başlayacaq.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi polkovnik-leytenant Mişelle Baldanza bildirib.

“Biz bu sistemlərin təkmilləşdirmə sınaqlarına dəstək məqsədilə komponentlərin istehsalına başlayacağıq. Bu tədqiqat və təkmilləşdirmə işləri elə qurulacaq ki, geri qayıdışı olsun. Bunun üçün isə nüvə müqaviləsindən tamamilə çıxacağımız tarixə - cari ilin avqustuna kimi Rusiya onun şərtlərinə tam və etibarlı itaətlik nümayiş etdirməlidir”, - deyə Baldanza vurğulayıb.

Xatırladaq ki, ötən ayın əvvəlində ABŞ Rusiyanın orta mənzilli nüvə silahları müqaviləsini şərtlərinə tabe olmadığını əsas gətirərək, onu dondurduğunu və Rusiyanın onun tələblərini yerinə yetirmədiyi təqdirdə altı aydan sonra tamamilə müqavilədən çıxacağını bəyan edib.

Öz növbəsində Rusiya ABŞ-ın ona qarşı səsləndirdiyi iddiaları rədd edib və o da müqaviləni dondurduğunu elan edib.

İnci Rzayeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Qanadlı-raket  

ABŞ qurudan atılan qanadlı raketlər üçün hissələrin istehsalına başlayacaq

2019/03/56756-1552388155.jpg
Oxunub: 327     14:43     12 Mart 2019    