Bəlkə işğalçıya yerini göstərmək zamanı gəlib çatıb? – TƏLİMLƏRƏ BAXIŞ

2019/03/6af87-1552388006.jpg
Oxunub: 4720     14:32     12 Mart 2019    
“Dəfələrlə Xocalı aeroportunun fəaliyyətdə olmasını ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə aviasiya vasitələri fonunda şəkil paylaşan Paşinyan, oğlunun Dağlıq Qarabağda xidmət edərək Azərbaycan əsgərinə silah tuşlamasına haqq qazandırmaqla, getdikcə daha sərt ritorikaya üstünlük verir və rəsmi Bakının qıcıqlandırılmasına, daha doğrusu Azərbaycanı müharibəyə təhrik edəcək addımlar atmaqdan çəkinmir. Artıq işğalçının cəzalanmasının zamanı gəlib”.

Bildiyiniz kimi, 11-15 mart tarixləri arasında Azərbaycan Ordusu aşağıdakı tərkibdə geniş miqyaslı təlimlərə başlayıb:

1. Şəxsi heyət - 10000 nəfər,
2. Döyüş tankı və digər zirehli texnika - 500-dək,
3. Müxtəlif çaplı özüyeriyən və qoşqulu artilleriya vasitələri, minaatanlar, raketlər və yaylım atəşli vasitələr - ən azı 300-dək,
4. Ordu aviasiyasının döyüş təyyarə və helikopterləri - 20-dən çox.

Təlimin hücum xarakterli olacağı şübhəsizdir, bu bizim həm hərbi doktrinamıza, həm də real hərbi-siyasi vəziyyətimizə uyğundur.

Təlimin əsas vəzifələrinin aşağıdakılardan ibarət olacağı gözlənilir:

- qoşunların hücum əməliyyatlarına hazırlanması;
- şərti düşmənin müdafiə zolağını yarmaqla, ona bir neçə istiqamətdə zərbə endirilməsi;
- düşmənin hərbi və strateji obyektlərini məhv edilməsi məqsədilə raket və artilleriya zərbələrinin endirilməsi;
- yeni növ silah və texnikaların döyüş şəraitinə maksimum yaxın şəraitdə sınaqdan keçirilməsi.

HHM, HHQ, QQ və Artilleriya hissələri arasında qarşılıqlı əlaqənin təşkili, informasiya mübadiləsi, həmçinin kiber təhlükəsizlik məsələrinə də yer ayrılması istisna edilmir.

Bu təlimlərdə Azərbaycanın həm öz istehsalı olan, həm də tərəfdaş ölkələrdən idxal etdiyi müasir silah və sursatları, aviasiya vasitələrini və onların idarəolunan bombalarını, ZRK, YARS, o cümlədən ÖAQ və çəkilən artleriya vasitələrini, zərbə PUA-larını, kilidlənən TƏİRK, mobil idarəetmə, rabitə, kəşfiyyat-müşahidə, REM vasitələrini, antidron silahlarını, radiotexniki, kimya və mühəndis vasitələrinin sınaqlarını keçirəcəyi gözlənilir. Onların bəziləri ilk dəfə döyüş vəziyyətinə uyğun şərait yaradılaraq tətbiq ediləcək.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan öz “Facebook” səhifəsində Azərbaycan tərəfinin 11-15 mart tarixlərində keçiriləcək təlimlərinə toxunaraq, bu təlimlər barədə Ermənistan tərəfinin məlumatlandırılmadığından şikayətləndi.

Əslində Hovhanisyan bəhs etdiyi bu təlimlər daha öncədən planlaşdırılıb. Təlimlərin bir il sonrakı müddət üçün tərtib edilən “Müdafiə Nazirliyinin Döyüş Hazırlığı Planı” Ali Baş Komandan tərəfindən öncədən təsdiq edilir. Geniş miqyaslı təlimlərə Müdafiə Naziri şəxsən rəhbərlik edir. Bu təlimlər təsdiq edilən plana uyğun olaraq daim keçirilib, keçirilir və keçiriləcək. Bu təlimlər əvvəlcədən planlaşdırıldığı üçün aidiyyəti qurumların məlumatsız olması mümkün deyil. Ola bilər ki, ATƏT-in Vyanadakı aidiyyatı qurumları Ermənistanı beynəlxalq huquqa, normalara məhəl qoymadığına görə məlumatlandırmağı vacib hesab etməyiblər.

27 ildir ki, hələlik dünyada ən nüfuzlu təşkilat hesab edilən BMT TŞ-nin 4 qətnaməsinin heç birinin bir bəndinə belə əməl etməyən Ermənistanın heç bir dövlət və qurumdan, xüsusilə də qərarlarını icra etmədiyi beynəlxalq təşkilatlardan və işğala məruz qoyuğu Azərbaycandan öz əraziləri çərçivəsində keçirdiyi planlı təlimlər barədə heç bir izahat və ya məlumat tələb etmək hüququ yoxdur. ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistanın danışıqlar formatının dəyişdirilməsinə dair bəyanatına verdiyi reaksiya, İrəvanın özündə belə “tərs sillə” adlandırıldı.

Daim öz ordusunun qüdrətindən dəm vuran Ermənistan Müdafiə Nazirliyinin bu dəfə keçirdiyi narahatlığın səbəbləri isə əslində məlumdur. Xatırlayırsınızsa 2015-ci ildə Azərbaycan tərəfi irimiqyaslı təlimlərə başlayanda Ermənistan rəhbərliyi və ekspertlər bu təlimlərə barmaqarası münasibət göstərmişdi. Sonradan məlum oldu ki, bu təlimlərdə tətbiq edilən silahlar və mübarizə metodları qısmən 2016-cı ilin yaz əks hücum kompaniyasında istifadə edilib. Hovhannisyan isə Ermənistan ordusunun mövcud vəziyətindən tam xəbərdar olan azsaylı vəzifəli şəxslərdən biridir. Bəzilərinin düşündüyü qədər sadəlövh adam da deyil. O yaxşı anlayır ki, Paşinyan hər dəfə yeni bir bəyanat verməklə danışıqlar prosesini dalana dirəyib, danışıqlar prosesinin baş tutması belə təhlükə altındadır, görüşlər və müzakirələrin limiti sonsuz da ola bilməz, münaqişənin qansız qadasız, sülh yolu ilə nizamnlanması üçün Azərbaycan əlindən gələni artıqlaması ilə edib və bundan artığına hazır deyil. Lakin Ermənistan tərəfi son aylarda bütün səviyyələrdə verdikləri bəyanatlarla sanki Azərbaycanı öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatları bərpa etməyə təhrik edir. Müharibənin başlaya biləcəyi ehtimalı getdikcə artır. Bu baxımdan Bakının hərbi əməliyyatları bərpa etməkdən başqa çıxış yolu da qalmayıb. Bunu anlayan Artsrun Hovhannisyanda qüvvələrin döyüş say tərkibi barədə dəqiq məlumatlar da mövcuddur. Bəzi parametrlərdə 1:5, bəzilərində isə daha yüksək, məsələn YARS-larda 1:8 nisbəti əməliyyatların bərpa ediləcəyi təqdirdə Ermənistan ordusuna daha faciəli sonluq vəd edir.

Azərbaycan illərdir Ermənistanı təcrid vəziyyətində saxlamaqla Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasında böyük iş gördü və Günnüt əməliyyatı ilə yanaşı, Paşinyanın möhkəmlənməsinə də maneçilik törətmədi. Lakin Azərbaycanın bu comərdliyi qarşısında ilk öncə münaqişəni həll etməyə meyilli olduğunu göstərməyə çalışan Paşinyan, sələflərindən də qatı mövqe sərgiləyərək danışıqlar prosesini 24 il əvvələ qaytarmağa cəhd etdi. Əslində Köçəryan, Sarkisyan və ya Paşinyandan bundan əskiyini gözləməyə də dəyməz. Bu rəhbərlər kimi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan da yaxşı anlayır ki, Ermənistanın maraqlarına cavab verməyən istənilən sənədin imzalanması ermənilərin böyük əksəriyyəti tərəfindən etirazlara səbəb olacaq, yəqin ki, bunu imzalayan iqtidar hakimiyyətindən əl çəkməli olacaq.

Bunu etməmək üçün Ermənistana iki vacib faktor ehtiyac duyulur:

- Ciddi maliyyə imkanları;
- Kifayət qədər güclü orduya arxalanan diplomatiya.
- Artsrun Hovhannisyan gözəl başa düşür ki, bunların heç biri movcud olmadıqda, rəqibi müharibəyə təhrik etməkdənsə danışıqlar yolu ilə mövcud vəziyyəti qorumaq daha doğru seçimdir və bu metod İrəvanın maraqlarına 25 ildir ki, tam cavab verir. Əvvəlki erməni prezidentlər də bu metoddan geniş istifadə ediblər.

Son zamanlar Paşinyan və komandasının səsləndirdiyi bəyanatların hərbi qarşıdurmanın kəskinləşdirilməsinə xidmət etdiyini və bundan daha çox erməni tərəfinin ziyan görəcəyini Hovhanisyan və bəzi hakimiyyət nümayəndələri çox yaxşı dərk edir. Erməni mətbuat katibi müharibə təhlükəsini yaxın olduğunu anlayır, bəlkədə qoxusunu duyur, bunu hakimiyyətin nəzərinə birbaşa deyil, “Facebook” üzərindən Azərbaycanı günahlandıracaq bir şəkildə çatdırır.

“Milli Gündəlik” partiyasının həmtəsisçisi və şura üzvü Avetik Çalabyan bu gün danışıqlardan imtina edilməsinin ermənilər üçün misli görünməmiş nəticələrə səbəb ola biləcəyini, Azərbaycanın yeni müharibə təşəbbüsünə imkan yaradacağını bildirib. Hovhanisyan və Çalabyan iki müxtəlif kontekstdə bəyanat səsəsləndiriblər, lakin hər ikisində eyni həyacan təbili çalınır. Hər iki bəyanatda eyni fikir ifadə edilir - Paşinyanın davranışları Ermənistan üçün nəticələri bəri başdan məlum olan faciəyə səbəb olacaq. Ermənistan ordusunun mətbuat katibi dövlət qulluqçusu statusuna malik olduğuna görə, Çalabyan kimi açıq-aşkar Paşinyanı tənqid edən bəyanat verəcəyini gözləmək doğru olmazdı.

Təlimlərin başlanması xəbəri çıxan kimi, Paşinyanın tələsik Dağlıq Qarabağa getməsi, Xocalı aeroportunda qeyri-ciddi şəkildə qarşılanması, kiminlə görüşəcəyinə belə qərar verə bilməməsi və orada “təhlükəsizlik şurası”nın iclasını keçirməsi diqqətlərdən yayınmamalıdır.

Xatırladım ki, Ermənistanın eks-prezidenti Serj Sarkisyan da bir neçə gündür ki, Dağlıq Qarabağda səfərdədir və Paşinyanın keçirəcəyi tədbirlərdə onun da iştirakı etməsi gözlənilir. Bu iclasda qondarna qurumun hansısa plandankənar kiçik miqyaslı təlimlər keçirəcəyi barədə qərar qəbul edilməsi istisna edilmir.

Dəfələrlə Xocalı aeroportunun fəaliyyətdə olmasını ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə aviasiya vasitələri fonunda şəkil paylaşan Paşinyan, oğlunun Dağlıq Qarabağda xidmət edərək Azərbaycan əsgərinə silah tuşlamasına haqq qazandırmaqla, getdikcə daha sərt ritorikaya üstünlük verir və rəsmi Bakının qıcıqlandırılmasına, daha doğrusu Azərbaycanı müharibəyə təhrik edəcək addımlar atmaqdan çəkinmir. Artıq işğalçının cəzalanmasının zamanı gəlib. Bunun üçün əlimizdə ehtiyac olduğumuz qədər şəxsi heyət, texnika, silah-sursat mövcuddur. Qoşun da daimi yaşayış məntəqəsindən çıxıb. Bəlkə işğalçıya yerini göstərmək zamanı gəlib çatıb?

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu   Təlimlər  

Bəlkə işğalçıya yerini göstərmək zamanı gəlib çatıb? – TƏLİMLƏRƏ BAXIŞ

2019/03/6af87-1552388006.jpg
Oxunub: 4721     14:32     12 Mart 2019    