Türkiyə zirehli nəqliyyat vasitələrinin nəhəngi – OTOKAR (HƏRBİ EKSPERT)

2019/03/maxre-1551871000.jpg
Oxunub: 3203     14:55     06 Mart 2019    
1980-ci illərin sonlarından etibarən Türkiyənin avtomobil sənayesi sürətli inkişaf mərhələsinə keçdikdən sonra, istehsal edilən yük maşınlarının şassisi üzərində intensiv şəkildə yeni zirehli vasitələrin yaradılmasına başlandı. İngiltərənin yüngül zirehli vasitələrinin və SSRİ-nin BTR-60 personal daşıyıcılarının idxal olunması ilə başlayan proses bu gün NATO standartlarına uyğun olaraq çoxsaylı versiyalarda hazırlanan, müasir sistem və qabaqcıl silahlarla təchiz edilən ən modern təkərli zirehli nəqliyyat vasitələrinin yaradılması ilə nəticələndi.

Əvvəllər hərbi vasitələrin demək olar ki, hamısı xarici şirkətlər tərəfindən istehsal edilən silahlarla, lisenziyalı və ya satın alınan qurğularla təchiz olundu. XXI əsrin əvvəllərində zirehli vasitələrin Türkiyədə təmamilə sərbəst buraxılmasına başlandı.

Bu proses hələ 1950-ci illərin sonlarında Türkiyənin ABŞ-ın böyük avtomobil şirkətləri ilk birgə müəssisələrini açması ilə başlayıb. O zamandan bəri əməkdaşlıq ənənəsinə riayət edilir.

Bu gün Türkiyənin hərbi sənaye kompleksinin təkərli zirehli nəqliyyat vasitələrinin istehsal sektorunun bazasını "Otokar" və BMC şirkətləri, həmçinin son illərdə onlara əlavə edilən digər üç, nisbətən kiçik firma təşkil edir.

"Otokar"

Təkərli zirehli vasitələr qrupunda liderlik İstanbulun keçmiş "Otobus Karoseri Sanayi" ("Otokar") avtobus şirkəti tərəfindən uzun müddət əldə saxlanılıb. 1991-ci ildə şirkət ilk dəfə "Land Rover Defender” lisenziyalı ərazi vasitələrinin bazasında zirehli avtomobil istehsalına başladı. Hazırda şirkət Türkiyə Silahlı Qüvvələri, müttəfiq ordular və BMT qüvvələri üçün tam çəkimli təkərli zirehli nəqliyyat vasitələrinin qabaqcıl istehsalçısı olub. Eyni zamanda şirkətin rəsmi adı "Otokar Otomotiv və Savunma Sanayi" olaraq dəyişdirilib.

İlk hərbi məhsul, Britaniyanın "Şorland" zirehli vasitələrinin tərtibatında hazırlanan, ikitərəfli qapısı olan yüksək altı yerlik korpusa malik, qülləsində pulemyot yerləşdirmək imkanı ilə 122 at gücünə malik yüngül zirehli avtomobillərin bir neçə versiyası oldu. Kəşfiyyat, patrul, qərargah, əhəmiyyətli şəxslərin daşınması və tibbi xidmətin sanitar maşını kimi istifadə olunurdu. Bu sadə maşınlardan 2500 ədəd istehsal edilib və hələ də korporativ proqramda saxlanılır.

Sakaryadakı fabrikdə "Otokar APV" zirehli vasitələri

Qülləsində pulemyot olan yüngül çoxfunksiyalı "Otokar APV"

"Defender" şassisi üzərində modernləşdirilən zirehli patrul maşını

"Otokar APV" sanitar zirehli vasitəsi dörd yaralı daşıya bilir

"Otokar"ın istehsal etdiyi APV zirehli personal daşıyıcısının istehsalına 1994-cü ildə başlanıb. Təsnifata əsasən APV patrul-kəşfiyyat maşınları kateqoriyasına aiddir və "Land Rover Defender 110" şassisinin bazasında hazırlanıb. Maşın zirehli gövdəyə (mərmi və qəlpə əleyhinə qorunmaya) və ön güllə keçirməyən şüşələrə malikdir.

Əsas konfiqurasiyada avtomobil radiostansiya, kondisioner ilə təmin olunur, ümumi çəkisi 3.6 tondur, dizel mühərriki ilə 1000 km ehtiyat gediş məsafəsinə malikdir, maksimal sürəti isə 125 km/saatdır.

Silahlanması tureldə olan pulemyot və ya qüllədə məsafədən idarə edilən pulemyotdan ibarət ola bilər.

Aparıcı təkər sayı 4 ədəd
Ekipaj 3 nəfər
Kütləsi 3600 kq
Mühərrik gücü 134 at gücü
Maksimum sürət 125 km/s
Klirens 230 mm
Əsas silahın çapı 7.62 mm
Termal kamera ədəd
Uzunluğu 4190 mm
Eni 2080 mm
Yüksəkliyi 2500 mm
Təkər bazası 2694 mm
Sürətlər qutusu 5 pilləli

APV vasitələri yüngül ZPD, komanda-qərargah avtomobili və ya sanitar avtomobili kimi versiyaları istehsal edilib.

Zirehli vasitənin əsas vəzifələrinə şəxsi heyətin daşınması, kəşfiyyatın aparılması, konvoyların müşayiət edilməsi, şəhər ərazilərində döyüşlərin aparılması və s. daxildir.

1994-cü ilin yazında, "Akrep" zirehli patrul-kəşfiyyat maşını "Defender 110" şassisi üzərində quruldu. Onun iki modeli hazırlandı. Birincisi iki pulemyot və qumbaraatanla təchiz edildi, ikincisinin isə qülləsində uzaqdan idarə edilən silah modulu yerləşdirildi. Üç nəfərlik qaynaq edilmiş korpus zirehli şüşələrə malik oldu. Hər iki avtomobil 125 km/s sürətə və 1000 km-ə qədər ehtiyat gediş məsafəsinə malikdir.

"Otokar Akrep" zirehli patrul maşını "Defender" şassisi üzərində

Uzaqdan idarəolunan cüt pulemyotlu "Akrep" maşını

"Otokar Akrep" döyüş maşını açıq qüllədə quraşdırılan pulemyot ilə

Müşahidə qülləsi və qumbaraatan ilə "Akrep"in polis versiyası

1998-ci ildə "Otokar" avtomatik sürətlər qutusuna, müstəqil asqıya, şinlərin təzyiqini nizamlama sisteminə və 190 at gücünə malik olan ABŞ-ın HMMWV şassisi üzərində qurulan "Kobra" çoxməqsədli üzən zirehli vasitəsinin istehsalına başladı. Altı nəfərlik heyətin daşınması üçün nəzərdə tutulan, qaynaqlı korpusa və minaya qarşı zirehlənməyə malik vasitənin damında pulemyot, 25 mm çaplı top, qumbaraatan və ya tank əleyhinə raket kompleksi yerləşdirilir. Bütün versiyalarda sürət 110 km/saatdır və zirehli vasitə 13 saniyədə sıfırdan 96 km/saata qədər sürətlənə bilir. Ümumilikdə, indiyə qədər 15 ölkə üçün 3000-dən çox "Kobra" istehsal edilıb.

Hazırda "Kobra" zirehli vasitələrindən təxminən 1213 ədədi Türkiyədə, 100 ədədi Azərbaycanda, 600 ədədi Əlcəzayirdə, 300 ədəd Gürcüstanda, 200 ədəd Pakistanda, 30-dan çox Qazaxıstanda, 100 ədədi Kosovada, 257 ədəd Malayziyada (təchizat davam edir), 5 ədəd Maldiv adasında, 193 ədəd Nigeriyada, 10 ədədi Sloveniyada istismar edilir.

BMT, Peru, Mavritaniya, Şimali Makedoniya, Monteneqro, Ruanda, Birləşmiş Ərəb Əmirlikləri, Bangladeş və Bahreyn də bu maşınlardan istifadə edir, lakin onların sayı barədə dəqiq məlumatlar yoxdur. Hazırda Banqladeşin 600 ədəd, Pakistanın isə əlavə 400 ədəd sifariş verdiyi barədə qeyri-rəsmi məlumatlar mövcuddur. Zirehli "Kobra"nın hər biri təxminən 200.000 ABŞ dolları dəyərindədir. Lakin bu rəqəm konfiqurasiyaya görə dəyişə bilər.

"Kobra" zirehli vasitələrindən Əfqanıstanda, Pakistanda, Gürcüstanda, Suriyada, Nigeriyada və Burkino Fasoda aparılan döyüş əməliyyatlarında itifadə edilib və edilir.

190 at güclü HMMWV şassisi üzərində "Otokar"ın yüngül "Kobra" zirehli vasitəsi

Bir nəfərlik qüllədə 7.62 mm pulemyot ilə "Kobra" döyüş vasitəsi

Uzaqdan idarə edilən pulemyot və dartma (vinç) qurğusuna malik "Kobra" maşını

"Otokar Kobra" çoxməqsədli avtomobili zirehli personal daşıyıcısı versiyasında

2013-cü ildə sadə sələfi ilə heç bir əlaqəsi olmayan yeni çoxməqsədli "Kobra II" taktiki maşının yeni modul konstuksiyası təqdim olundu. Onu XM-1211 prototipi əsasında yaratdılar, bu model ilə ABŞ-ın AM "General" şirkəti əfsanəvi "Hummer" avtomobillərini əvəz etməyə çalışırdı.

Minaya qarşı zirehə malik yeni "Kobra" 10 əsgəri daşımaqla bərabər, damında müxtəlif döyüş modullarına və beş qapılı korpusa malik personal daşıyıcısı funksiyalarını yerinə yetirən zirehli vasitə kimi də istismar edilə bilər. Alıcıya seçim üçün 281 və ya 360 at gücündə "Cummins" dizel mühərrikləri təklif olunur. Standart avadanlıqlar dəstinə altı pilləli avtomatik sürətlər qutusu, tam kilidlənən diferensial, müstəqil yaylı asqı, diskli əyləc, ABS, şinlərin mərkəzi doldurma sistemi, videokameralar, kondisioner və s. daxildir. Bundan başqa həm üç qapılı, həm də iki pərli üzən versiyalar da mövcuddur. Son məlumatlara görə, şirkət artıq Türkiyə ordusunun "Kobra II" zirehli vasitələrinin təchizatı üçün 47.5 milyon avro dəyərində sifarişi yerinə yetirir. Pakistan və Banqladeşdən də iri həcmli sifarişlər qəbul edilib.

Taktiki zirehli vasitənin yeni nəsli "Otokar Kobra II"

ABŞ "Hummer"inin esperimental bazasında "Kobra II" avtomobili

Üç eninə və dörd yan oturacaqlı döyüş bölməsi

"Kobra II" amfibiya versiyasının uzaqdan idarəolunan top ilə təqdimatı

2014-cü ildə Qərbi Avropada ilk dəfə "Eurosatory" Beynəlxalq Hərbi Salonunda "Ural" adında taktiki zirehli vasitə nümayiş etdirildi. Bu adın Türkiyə mühəndislərinin gələcək fəthlərin arzularını əks etdirdiyini deyə bilmərik. "Otokar" şirkətinin nümayəndəsi isə müsahibəsində, Ural brendinin onlar üçün Cənub Ural ərazisinə yerləşən və sonradan müasir türklərin əcdadları olan qədim Oğuz türk tayfalarının xatirəsinə həsr olunduğunu bildirdi.

Maşının özünə gəlincə isə bu, Almaniyanın 9-10 nəfərlik "Unimog" şassisi üzərində, 168 at gücündə dizel mühərrik, beş pilləli avtomat sürətlər qutusu, ön torsion asqısı və müxtəlif silahlarla fırlanan qüllə ilə təchiz edilən və 110 km/saat sürətə malik yüngül zirehli vasitədir.

Yüngül "Otokar Ural" zirehli avtomobili Almaniyanın "Unimog" şassisində

10 nəfərlik desant üçün 5 qapılı zirehli korpusa malik "Otokar Ural" zirehli avtomobili

"Ural" zirehli avtomobili uzaqdan idarə olunan silah modulu ilə

Pulemyotlu və açıq qülləyə malik yeni "Otokar Ural" maşınının sınaqları

MRAP tipli alt hissədən minadan qorunmalı növbəti maşın, 218 at güclü mühərrikə, elektropnevmatik idarəetməli və səkkiz pilləli tiptronik sürətlər qutusuna malik "Unimog 5000" modelinin bazasında hazırlanan 10 nəfərlik "Kaya" təkərli zirehli daşıyıcısıdır. Prototiplərin istehsal prosesində onlar arxa giriş qapısı olan yüksək zirehli korpusla hazırlanıb, iki uzununa yerləşən oturacaqlarda 10 həfər yerləşir, damda isə yüngül silahlar quraşdırılır.

Döyüş variantının digər bir versiyası isə zirehli avtomobilin ön tərəfini, 4.5 ton yükün daşınması üçün nəzərdə tutulan və çadırla örtülən arxa hissə ilə biləşdirən platforma üzərində yaradılan orijinal nəqliyyat vasitəsindən ibarət oldu.

Zirehli korpusa malik "Otokar Kaya"nın ilk versiyası, 2009-cu il

Yenilənən zirehli kopusu ilə "Kaya" maşınının ikinci versiyası, 2010

Açıq pulemyotlu qülləyə sahib 10 yerlik zirehli vasitənin sınaqları

"Kaya" şassisi üzərində 4.5 tonluq yarı zirehli yük maşını

2013-cü ildə ABŞ-ın "Allison" transmissiyasına, yeni korpus formasına, səkkiz fərdi oturacaqları olan zirehli kapsulaya və avtomatik kondisionerə malik, modernləşdirilən və 300 at gücündə olan "Kaya II" zirehli vasitəsi peyda oldu. "Kaya" seriyalı maşınların maksimum sürəti 95 km/saat təşkil edir, onlar 1.2 m dərinliyində su maneələrini keçə bilir, ehtiyat gediş məsafəsi isə 1200 km-dir.

"Otokar Kaya II" zirehli vasitəsinin zirehli personal daşıyıcı versiyasında təqdimatı

"Kaya II" nəqliyyat vasitələri yeni zirehli kapsula və pulemyotlarla

İkinci nəsil "Otokar Kaya" maşınının açıq qüllə ilə sınaqları

Fərdi tənzimlənən kreslolarla təmin edilən zirehli kapsulanın interyeri

"Kaya" seriyasının inkişaf etdirilməsi, "Unimog" şassisi üzərində 10 oturacaqlı monokok korpusa, güllə keçirməyən yan müşahidə pəncərələrinə, altdan MRAP zirehlənməsinə, qüllədə yüngül silahlara və hər bir təkər üçün müstəqil yay asqısına malik "Kale" zirehli daşıyıcısının yaradılmasına səbəb oldu. Onun əsas komponentləri ABŞ-ın 296 at gücündə olan "Cummins" mühərriki və altı pilləli "Allison" sürət qutusu oldu.

Pulemyotlu qülləyə və zirehli korpusa malik "Otokar Kale" zirehli maşını

MRAP qorunmasına və güllə keçirməyən yan müşahidə pəncərələrinə malik "Kale" zirehli daşıyıcısı

2007-ci ildən "Otokar" tərəfindən hazırlanan "Arma" ailəsinin layihəsi Türkiyə hərbi sənaye kompleksinin qüruru hesab edilir. Şirkət 2003-cü ildə 400 at güclü, dördoxlu "Yavuz" zirehli avtomobilinin istehsalına başladı. 2001-ci ildə isə avtomobil "Terrex AV81" markası altında "Singapore Technology Kinetics Ltd" layihə qrupu tərəfindən, lap əvvəl isə İrlandiyanın "Timoney" şirkəti tərəfindən hazırlanırdı.

İstənilən halda Türkiyə hazırda 12 nəfərlik korpusa, üç-dörd oxlu asqıya, inkişaf etmiş müasir silahlanmaya malik və hava ilə də rahat daşına bilən "Arma" üzən döyüş maşınlarına sahibdir. Onlar 450 at gücündə altı silindrli dizel mühərriki ilə təchiz olunur. Avtomatik sürətlər qutusu altı və ya yeddi pilləlidir. Müstəqil tənzimlənə bilən hidropnevmatik və ya yayla təchiz edilən asqı, silahların və hərbi personalın daşınması imkanından asılı olaraq bir neçə versiyada təklif edilir. Şossedə maksimal sürət 105 km/saat, suda isə 8 km/saat təşkil edir.

İSV zirehli təhlükəsizlik vasitəsi müxtəlif daxili təhlükəsizlik vəzifələrini yerinə yetirmək üçün nəzərdə tutularaq hazırlanıb. Onun yüksək və möhtəşəm görünüşü, insanların sıx olduğu yerlərdə diqqəti cəlb etməsini və qarışıqlıq zamanı kütlənin üzərində cəsarət qıran psixoloji təzyiq hissi yaradılmasını təmin edir. Avtomobilin iki müxtəlif versiyası mövcuddur: personal daşıyan və su topuna malik zirehli vasitələr.

Personal daşıyan versiya yüksək zireh qorunmasına malikdir və riskli ərazilərdə şəxsi heyətin təhlükəsiz şəkildə nəqli üçün ən doğru modellərdən biri hesab edilir. Bütün heyət üzvləri və daşınan personal zirehli vasitədən ətrafda baş verənlər asanlıqla müşahidə edə bilir. Düz və çıxıntısız korpus maşının üzərinə qalxmağa imkan vermir, maili tavan isə atılan partlayıcı maddələrin sürüşüb yerə düşməsinə şərait yaradır.

Bu zirehli vasitələrin də ixracı digər döyüş vasitələri kimi müvafiq hökumətlərin ixrac icazələri əsasında həyata keçirilir.

Üçoxlu modul şassi üzərində pulemyotla silahlanan "Otokar Arma" zirehli maşını

20 mm çaplı avtomatik topa sahib üçoxlu "Otokar Arma" zirehli maşını

30 mm çaplı avtomatik topa sahib üçoxlu "Otokar Arma" zirehli maşını

Çoxməqsədli, dördoxlu üzən "Otokar Arma" modulunun şassisi

Dördoxlu və pulemyotlu 12 yerlik zirehli personal daşıyıcısı

"Mizrak-30" qülləsi və avtomatik 30 mm top ilə "Arma" zirehli vasitəsi

"Otokar" şirkətinin geniş istehsal proqramı Cənubi Koreyanın hərbi-sənaye nəhəngi "Hyundai Rotem" qrupu ilə əməkdaşlıq nəticəsində yaradılan "Altay" tankını da əhatə edir. "Altay" adının Rusiya əraziləri ilə heç bir əlaqəsinin olmadığı bildirilir. Burada məqsəd XX yüzilliyin əvvəllərində mübarizə aparan qəhrəman türk generalı Fəxrəddin Altayın xatirəsini əbədiləşdirməkdən ibarətdir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Otokar   Türkiyə   ZNV  

Türkiyə zirehli nəqliyyat vasitələrinin nəhəngi – OTOKAR (HƏRBİ EKSPERT)

2019/03/maxre-1551871000.jpg
Oxunub: 3204     14:55     06 Mart 2019    