Ermənistan ordusunda itki, yaralanma, qəza, korrupsiya və fərarilik hadisələri – AYLIQ HESABAT

2019/02/13-15-1551273113.jpg
Oxunub: 2709     10:11     28 Fevral 2019    
Ordu.az 2019-ci ilin fevralın 1-dən 28-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza, korrupsiya və fərarilik faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Fevral ayının nəticələrinə görə, Ermənistan ordusunda 3 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-qəsdən öldürmə, 1-i xəstəlik, 1-i isə suda boğulma nəticəsində baş verib. Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 10 düşmən hərbçisi (8-i döyülmə, 1-i qəza, 1-i isə ağacdan yıxılma) yaralanıb. Bununla yanaşı, ən azı 2 fərarilik, 1 intihara cəhd, 1 zorlama və 1 korrupsiya faktı da aşklarlanıb.

7 fevral

Ermənistanın Araqatsotn vilayətində avtoqəza baş verib.

Saat 15:00 radələrində Ermənistanın Araqatsotn vilayətinin Aştarak şəhərində qəza baş verib.

Aştarak şəhər sakini 27 yaşlı Mnatsakan Muradyan idarə etdiyi "Vaz-2016" markalı avtomobillə Aşatarak səhər küçələrindən birində 10 yaşlı P. Narek adlı uşağı vurub.

Məlumata görə, M. Muradyan Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsində qulluq edir.

Qəzanın səbəbi isə uşağın topla oynayarkən, topun yola düşməsi və onun topun dalınca qaçarkən baş verməsi olub. Xəstəxanadan qəzada xəsarət alan uşağın vəziyyətinin ağır olduğu bildirilir.

9 fevral

İki gün sonra Araqatsotn vilayətində növbəti avtoqəza baş verib.

Saat 01:40 radələrində, həmin vilayətin Nor Edesia kənd sakini 45 yaşlı Artyom Hovhannisyan idarə etdiyi “X Trail” markalı avtomobili ilə İrəvan-Gümrü yolunda İrəvan istiqamətinə hərəkət edərkən yolun hərəkət hisəsindən çıxaraq, bir neçə beton maneəyə çırpılıb və yuvarlanaraq sahəyə düşüb.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanaraq Talin şəhər tibb mərkəzinə təxliyyə edilib. Daha sonra sürücü Artyom Hovhannisyan İrəvandakı “Armenia” tibb mərkəzinə köçürülüb. Hadisə yerində ölən Nor Edesia kənd sakini 45 yaşlı Alvard Bağdasaryandır.

Şahidlərin sözlərinə görə, sürücü 45 yaşlı Artyom Hovhanisyan Ermənistan Müdafiə Nazirliyində qulluq edir. Ölən və aralarında uşağın da olduğu yaralılar onun qohumlarıdır.

11 fevral

Ermənistan ordusunun hərbi hissələrindən birində qulluq edən müqaviləli hərbi qulluqçu ölüb.

Məlumata görə, 18.10. 1985-ci il təvəllüdlü, müqaviləli erməni hərbi qulluqçu Mesrop Rubik Qriqoryan odlu silah yarasından ölüb.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Mesrop Rubikoviç Qriqoryan müddətdən artıq xidmət edən hərbi qulluqçunun açdığı atəş nəticəsində həlak olub. Bildirilir ki, Qriqoryanla əsgər arasında mobil telefona görə, mübahisə yaranıb və hadisə ölümlə nəticələnib. Qriqoryan əsgərin əlindən mobil telefonu aldıqdan sonra əsgərin onu geri tələb etməsilə mübahisə yaranıb. Sosial şəbəkələrdə erməni istifadəçilərin yaydığı məlumata görə, Mesrop Qriqoryan zabitdir.

12 fevral

Növbəti gün Ermənistanın işğal altında olan Qarabağda dislokasiya olunmuş qanunsuz hərbi hissələrindən birində qulluq edən erməni əsgər ölüb.

Saat 18:00 radələrində Qarabağ şimal-şərq istiqamətində dislokasiya olunan qanunsuz erməni hərbi birləşmələrindən birinin hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Frunzik Valerioviç Tamazyan qaraciyər çatışmazlığı, kəskin ürək çatışmazlığı diaqnozu ilə olduqca ağır vəziyyətdə Ağdərədəki hərbi hospitala təxliyyə edilib.

Həkimlərin səylərinə baxmayaraq saat 20:30 radələrində erməni hərbi qulluqçu ölüb.

15 fevral

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində qeyri-döyüş itkilərinin sayı artmaqdadır.

Ağdərə ərazisində xidmət edən düşmən ordusunun əsgəri Sos Mekumyan, zabitin şəxsi həyətində işləyərkən ağacdan yıxılıb.

Ağacların quru budaqlarını kəsməklə məşğul olan, 1995-ci il təvəllüdlü hərbi qulluqçu çoxlu sayda sınıqlarla xəstəxanaya aparılıb.

Bölmə növbətçisi Barxudaryanın bildirdiyinə görə, komandir əsgərin xəsarət almasını hüquq mühafizə orqanlarından gizlətmək məqsədilə onun müalicəsini öz evində davam etdirir.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədən kənar münasibətlər zəmnində cinayətlərin sayı çoxalmaqda davam edir.

Qeyri-döyüş şəraitində ağır xəsarət alan erməni əsgəri Norayr Malkosyan İrəvanın “Kanaz” adlandırılan qarnizon hərbi hospitalına aparılıb.

Əsgər özünə gəldikdən sonra müstəntiqlər onunla söhbət edə biliblər. Onun izahatından məlum olub ki, hərbi qulluqçu xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.

Hadisə ilə bağlı hərbi qulluqçular, Arman Qazaryan, Aren Yeğizaryan, Davit Lalayan və Zorik Antonyan istintaqa cəlb olunublar.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində baş alıb gedən özbaşınalıq səbəbindən erməni əsgərlər “dedovşina”nın qurbanı olurlar.

Eyni gündə düşmən ordusunun beşinci və yeddinci dağ atıcı alaylarında nizamnamədən kənar münasibətlər zəmnində analoji iki cinayət hadisəsi baş verib.

Zabitin təhqirlərindən bezən çavuş Hovanesyanla, bölük komandiri Sevaq Qazaryan arasında baş verən mübahisə nəticəsində zabit kəllə-beyin travması alıb.

Yeddinci dağ atıcı alayında isə bölmənin çavuşu Sarkisyanla əsgər Hunanyan arasında baş verən davada çavuş gözündən xəsarət alıb.

Hər iki hərbçi hospitala təxliyə edilib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində havaların soyuması ilə bağlı əsgərlər arasında xəstəliklərin artması kütləvi hal alıb.

6-cı dağ atıcı alayın 11 nəfər gənc əsgəri tibb məntəqəsində pnevmoniyadan müalicə alır.

Hərbi hissənin əsgəri Andranik Tiqranyan isə ağır vəziyyətdə Ağdərə hərbi hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

İş o həddə çatıb ki, hərbi qulluqçular arasında xəstəliyin kəskin artması səbəbindən gənc əsgərlər üçün planlaşdırılan andiçmə mərasimi belə təxirə salınıb.

Komandanlıq təcili tədbirlər görülməsi ilə bağlı İrəvana yazılı məlumat göndərsə də hələlik heç bir yardımın göstərilmədiyi bildirilir.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində yerlibazlıq üstündə döyülərək xəsarət alanların sayının ardı-arası kəsilmir.

1998-ci təvəllüdlü, Ermənistandan hərbi xidmətə çağırılan Narek Armaqanyan qarbağlılarla Ermənistandan gələn hərbçilər arasında baş verən növbəti davanın qurbanı olub.

Madagiz hərbi polis rəisi Karen Beqleryanın tapşırığına əsasən, burnunun sınması və müxtəlif bədən xəsarətləri alması səbəbindən hospitala yerləşdirilən hərbi qulluqçu N.Armaqanyanın döyülmə faktının araşdırılması məqsədilə hərbi polisin müstəntiqi hərbi hissəyə ezam olunub.

19 fevral

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində qeyri-döyüş şəraitində ölən və yaralananların sayının artması erməni ictimaiyyətində böyük narahatlığa səbəb olur.

Bir neçə gün öncə ön xətt mövqelərinin birində bunkerin yaxınlığında Artyom Babinyan soyadlı erməni hərbçisi qan içində huşsuz halda tapılıb.

İlkin versiyaya görə o xidmət yoldaşları tərəfindən vurulub. Hadisə ictimaiyyətdən gizlədilsə də polkovnik Armen Gözəlyanın tapşırığı ilə cinayət işi açılıb və istintaq davam edir.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında spirtli içki qəbul etmə səbəbindən törədilən cinayət hadisələrinin sayı çoxalır.

Ağdərə ərazisində düşmən ordusunun bölmələrindən birində xidmət edən leytenant Mher Qriqoryan rayon mərkəzindəki kafedə tanışları tərəfindən təşkil edilən məclisdə ofisiantla mübahisə edib. Sonradan münaqişə davaya çevrilib və nəticədə leytenant M.Qriqoryan mülki şəxslər tərəfindən döyülüb.

Hadisə ilə bağlı açılan cinayət işini aparan istintaq şöbəsinin rəis müavini Ardak Xaçatryan zabitdən külli miqdarda rüşvət tələb edib. Pulu ödəməyəcəyi təqdirdə A.Xaçatryan zabitə uzunmüddətli həbs cəzasına məhkum olunacağını bildirib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında spirtli içki qəbul edərək maşını idarə etmə halları artıb.

Müqavilə əsasında hərbi hissədə sürücü işləyən Artur Hovakimyan alkoqollu vəziyyətdə idarə etdiyi hərbi avtomobillə qəza törədib.

Qəzanın səbəblərini araşdıran Maralik polisinin rəis müavini Artaş Harutunyan hərbi sürücüyə bu vəziyyətdən canını qurtarmağın yeganə yolun ona böyük məbləğdə pul ödənilməsi olduğunu “mədəni surətdə izah” edib.

Xəbərdə o da bildirilir ki, sürücünün yaxınları A.Hovakimyanın işdən qovulmaması və baş verən qəzanın ört-basdır edilməsi üçün rüşvət verməyə razılaşıblar.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində komandirlərin təqib və təzyiqləri səbəbindən hərbi xidmətdən yayınma halları artıq adi hala çevrilib.

Bu günlərdə 6-cı dağ atıcı alayın zabiti Tiqran Hovanisyan xidmətdən yayınmaq məqsədilə hərbi hissəni özbaşına tərk edib.

Zabitin geri qaytarılması üzrə axtarışlar nəticə verməyib. Lakin bir neçə gün sonra zabit özü Ağdərə hərbi polisinin əməkdaşı Levon Avanesyana təslim olub.

T.Hovanisyan izahatında hərbi hissəni məhz komandirlərinin təhqir və təqibləri üzündən özbaşına tərk etdiyini yazıb və əgər bu belə davam edərsə intihar edəcəyini də deyib.

23 fevral

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan Müdafiə Nazirliyinin rəsmisinin rüşvət alması faktı aşkar edilib. Bu barədə Ermənistan MTX-nin mətbuat mərkəzindən məlumat verilib.

Əldə edilən əməliyyat məlumatına əsasən, Ermənistan MN-in Qeğarkunik vilayətinin hərbi komissarının müavini “A.P” adlı rəsmi şəxs komissarlığa müraciət edən hərbi mükəlləfiyyətçi vətəndaşa tibbi müayinə keçmədən hərbi bilet verilməsinə və hərbi biletdə xidmətə yararsız olduğuna dair müvafiq qeydlərin aparılması müqabilində fevralın 11-də həmin hərbi komissarlığın uçot şöbəsinin müfəttişi “V.V” adlı şəxs vasitəsilə vətəndaşdan 1000 ABŞ dolları rüşvət tələb edib.

Şəxsin hərbi biletində aydın saxta məlumatlar yazdıqdan sonra komissarlığın rəsmisi “A.P”, uçot şöbəsinin müfəttişi vasitəsilə rüşvəti fevralın 19-da alması barədə razılığa gəliblər. Pulun verilməsi MTX-nin əməkdaşlarının nəzarəti altında aparılıb. Bundan dərhal sonra komissarın müavini həbs edilib, cinayət işinin müvafiq maddələri üzrə 2 nəfərə qarşı ittiham irəli sürülüb və onlar həbs edilib.

24 fevral

Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu idarə etdiyi VAZ 2107 markalı avtomobillə Tavuş vilayətində qəza törədib.

Məlumata görə, idarəetməni itirən erməni hərbçinin maşını su anbarına düşüb. Hadisə yerinə gələn xilasedicilər avtomobili və erməni hərbi qulluqçunun meyitini sudan çıxarıblar.

Məlumata görə, ölən, 31 yaşlı müqaviləli hərbi qulluqçu Armen Qriqoryan Tavuş vilayətinin Ayqepar kənd sakini olub.

Kəndin icra nümayəndəsi Mkrtiç Yamukyan, hərbi qulluqçunun iki azyaşlı övladının olduğunu, ailəsi ilə birlikdə qonşu Tavuş kəndində kirayə yaşadığını bildirib. O qeyd edib ki, Qriqoryan 10 ilə yaxındır ki, Ermənistan ordusunda müqaviləli hərbi qulluqçu kimi xidmət edib.

25 fevral

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində komandirlərin tabelikdə olan şəxsi heyətə qarşı yol verdiyi təhqir və təzyiqlər səbəbindən baş verən cinayət hadisələrinin sayı çoxalmaqdadır.

Bu günlərdə erməni zabit gənc əsgərlərlə keçirdiyi məşğələ zamanı söyüşlərə və təhqiramiz ifadələrə yol verib.

Münaqişə nəticəsində leytenant Edvard Mkrtçyanın təhqirlərinə dözməyən əsgər Vahen Martirosyan zabitə dəbilqə ilə zərbələr endirib. Halı pisləşən zabit hərbi hospitala yerləşdirilib.

27 fevral

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədənkənar münasibətlər nəticəsində baş verən cinayətlər üzündən qalmaqallar səngimək bilmir.

Bu günlərdə 5-ci dağ atıcı alayında xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülən əsgər Tavşyanın cinsi zorakılığa da məruz qaldığı iddia edilir. Bu barədə əsgərin yaxınları tərəfindən prokurorluğa yazılan şikayət ərizəsində bildirilir. Hərbi prokurorluq zabit Ardak Xaçatryandan hadisə ilə bağlı rəsmi məktub tələb edib.

Hərbi hissə komandanlığı hər vəclə hadisənin mənfi təsirini yüngüləşdirmək məqsədilə cinsi zorakılığı ört-basdır etməyə çalışsa da, artıq Karlen Babayan və Navik Melyan adlı hərbçilərin istintaqa cəlb edildiyi məlum olub.

*****

İşğal edilmiş ərazilərimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində yerlibazlıq səbəbindən baş verən hadisələrin sayı çoxalmaqdadır və bu yönümdə davalar səngimək bilmir.

Baş verən növbəti hadisəni araşdıran Samvel Bağdasaryanın məruzəsinə əsasən, Martunidə yerləşdirilən alayın döyüş postunda qarabağlı erməni hərbçi ilə İrəvandan olan əsgər arasında başlayan mübahisə davaya çevrilib.

Dava zamanı onu döyən və təhqir edən hərbi qulluqçuya gücü çatmayan əsgər Varazat Zakaryan çıxış yolunu odlu silahla özünə qəsd etməkdə görüb.

Xəsarət alan hərbi qulluqçunun vəziyyəti barədə məlumat gizlədilsə də, faktla bağlı araşdırma davam edir.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində gənc əsgərlərin döyülməsi adi hala çevrilib. Maraqlısı odur ki, erməni zabitlər düşmən ordusunu bürüyən bu bəla ilə mübarizə apara bilmirlər.

Məlumatda deyilir ki, Ağdərə ərazisində düşmən ordusunun 4-cü taborunda xidmət edən əsgər Sevak Qazaryanın başına gələnlər prokurorluqla hərbi hissə komandanlığı arasında ciddi qalmaqala səbəb olub.

Belə ki, diviziya komandiri S.Qazaryanın xidmətdən yayınmaq məqsədilə özünə xətər yetirməsini iddia etsə də, prokurorluğun təyin etdiyi tibbi ekspertiza əsgərin ən azı 3 nəfər tərəfindən döyüldüyünü sübut edib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində baş verən biabırçı hal ciddi qalmaqala səbəb olub.

Məlumatda deyilir ki, taborlardan birində əsgərlər arasında kütləvi dəri-zöhrəvi xəstəliyinə yoluxma aşkar edilib. Aparılan sorğu nəticəsində xəstəliyə yoluxan hərbi qulluqçuların hamısınin, taborda işləyən 1996-cı il təvəllüdlü Laura Sardaryanla cinsi əlaqədə olduğu məlum olub.

Hadisəni ört-basdır etmək üçün L.Sardaryan İrəvandakı Kanaz hərbi hospitalının dəri-zöhrəvi bölməsinə göndərilib. Xəstəliyə yoluxmuş hərbi qulluqçuların isə taborun tibb məntəqəsində müalicəsi təşkil edilib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edənlərin müxtəlif bəhanələrlə xidmətdən yayınma və mülki şəxslərə qarşı cinayətlər törətmə halları artıb.

Məlumatda deyilir ki, İrəvanda müalicə olunan leytenant Manuk Mirzoyan hərbi hospitaldan qaçmaqdan əlavə, həm də mülki vətəndaşların əmlakını oğurlayıb.

Hadisə barədə polis bölməsinin növbətçisi R.Zolayan, leytenantın komandiri polkovnik A.Beqlaryana məlumat verib. Leytenantın törətdiyi cinayət hadisələri araşdırılarkən o da məlum olub ki, zabit xəstə deyil, xidmətdən yayınmaq məqsədilə rüşvət verərək İrəvana hospitala göndərilməsinə nail olub.

Qeyd: KİV-lərdə Ermənistan Müdafiə Nazirliyinin və İstintaq komitəsinin yanvar ayının 1-də ölən hərbi qulluqçu barədə məlumat verməməsi ilə bağlı məlumatlar yayılıb.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, ötən il dekabrın 31-i saat 03:50 radələrində “N” saylı hərbi hissənin müdafiə ərazisinin döyüş mövqeyində hərbi sursatla davranış qaydalarının pozulması ilə qumbaranın partlaması nəticəsində müddətli hərbi xidmət hərbi qulluqçuları (əsgərlər) S.Torosyan, M.Manukyan və A.Marabyan partlayış qəlpələrindən allınmış bədən xəsarətlərilə hospitala yerləşdiriliblər.

Məlumata görə, yaralı əsgərlərdən biri hələ də hospitaldadır. Hadisə ilə bağlı Ermənistan ordusu 1-ci qarnizonunun istintaq şöbəsində hərbi sursatla davranış qaydalarının pozulması maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İtki   Yaralı   Korrupsiya  

Ermənistan ordusunda itki, yaralanma, qəza, korrupsiya və fərarilik hadisələri – AYLIQ HESABAT

2019/02/13-15-1551273113.jpg
Oxunub: 2710     10:11     28 Fevral 2019    