DARPA-nın Rusiya və Çinin hipersəs raketlərini məhv etmə planı var

2019/02/jon-s-1550300404.jpg
Oxunub: 1456     11:00     16 Fevral 2019    
Pentaqonun tədqiqat qolu olan DARPA Max 5 və daha yüksək sürətdə hərəkət edən hipersəs raketləri dayandıra biləcək silahlar axtarışındadır. İdarə artıq “Glide Breaker” layihəsi üçün təkliflərin qəbuluna başlayıb. Layihənin məqsədi ABŞ-ı hədəf alan ballistik raketin atmosferdə dayandırılaraq daha sonra Yerə endirilməsini bacaracaq texnologiyanın əldə edilməsinə nail olmaqdır.

Layihənin əsas hədəfində Rusiya prezidenti Vladimir Putin tərəfindən qarşısıalınmaz deyə təsvir edilən “Avangard” raketidir. “Avangard” nəhəng RS-28 “Sarmat” qitələrarası ballistik raketlə daşınır və öz hədəfinə doğru Max 20 sürətlə hərəkət edir. Lakin bu sahədə özünü təkmilləşdirən təkcə Rusiya deyil, Çin və ABŞ da hipersəs texnologiyalar üzərində çalışır.

DARPA-nın niyyəti yuxarı atmosferdə manevr edən hipersəs təhdidlərlə mübarizəyə girərək onu sıradan çıxaracaq texnologiya əldə etməkdir və buna ən qısa zamanda nail olmaq istəyir. Tələskənliyin səbəbi isə rəqib ölkələr tərəfindən hipersəs texnologiya üzrə əldə edilmiş nailiyyətlərdir. Onun əsas ehtiyat etdiyi məsələ isə ABŞ-ın nüvə silahlarına qarşı davamlı olduğu zənn edilən obyektləri ənənəvi döyüş başlıqları ilə hədəf almasıdır.

DARPA rəsmiləri dəfələrlə bildiriblər ki, ballistik raketi anti-ballistik raketlə zərərsizləşdirmək bir növ gülləni güllə ilə vurmağa bənzəyir. Bu zaman hədəfdəki güllə qeyri-müəyyən hərəkət etsə, bu iş az qala mümkünsüz olar.

Karnegi beynəlxalq Sülh Vəqfinin eksperti Ceyms Akton bildirib ki, onların sürətinə baxmayaraq, hipersəs silahlar bir sıra ballistik raketdən müdafiə sistemləri, məsələn THAAD-larla da zərərsizləşdirilə bilər. Problem isə bundan ibarətdir ki, THAAD nöqtə-müdafiə dizaynlı silahdır və onun məqsədi müəyyən bir kiçik ərazini müdafiə etməkdir. Bütövlükdə Birləşmiş Ştatların THAAD-larla müdafiəsi isə son dərəcə bahalı bir iş olar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DARPA   Rusiya   Çin   Hipersəs-silahlar  

DARPA-nın Rusiya və Çinin hipersəs raketlərini məhv etmə planı var

2019/02/jon-s-1550300404.jpg
Oxunub: 1457     11:00     16 Fevral 2019    