Dünyanın ən çox əsgərə sahib regionu Cənubi Asiyadır

2019/02/5c666-1550236864.jpg
Oxunub: 1445     16:40     19 Noyabr 2019    
2006-cı ildə Cənubi Asiya ölkələrinin Silahlı Qüvvələrində ümumilikdə 2,62 milyon personal qulluq edirdi ki, bu, onun ümumi əhalisinin 0,18%, əmək qabiliyyətli insanların isə 0,43%-nə bərabərdir. 2016-cı ildə bu rəqəmlər müvafiq olaraq 3,01 milyon, 0,18% və 0,44% olub.

Dünyanın hərbi xərcləri həmin dövr ərzində 1,74-2,03 trilyon dollardan təxminən 1,73-2,82 trilyon dollar yüksəlib. Buna görə də 11 il ərzində qlobal orta hərbi xərc 1,67 və 2,48 trilyon dollar arasında dəyişib.

Cənubi Asiyada həmin period üzrə ən aşağı orta göstərici 53,1 milyard, ən yüksək isə 198 milyard dollar təşkil edib. 2016-cı ildə Cənubi Asiyanın xərcləri müdafiə xərcləri 264 milyon dollara yüksələrək regional ÜDM-nin 2,5%-nə çatdı. Buraya hərbi personal, xidmətlər ağır texnika və s daxildir.

Sözügedən dövr ərzində Cənubi Asiyanın ÜDM-yə görə hərbi xərclərin ən aşağı göstəricisi 1,1%, ən yüksəyi isə 2,5% olub.

İndividual olaraq nəzərdən keçirsək, Pakistan 2006-cı ildə 0,7 milyard dollar dəyərində hərbi əmtəələr və xidmətlər idxal edib. Bu 2007 və 2008-ci ildə 1,4, 2009-cu ildə 1,7, 2010-cu ildə isə 3,4 milyard dollar yüksələrək pik həddə çatdıqdan sonra 2011-ci ildə 2 milyard dollar endi. Bu rəqəm sonrakı illərdə ardıcıl olaraq 1,5, 1,3, 1, 1,2 və 0,9 milyard dollar olub.

Pakistanın silah idxalatı 2006-cı ildə 2% təşkil edirdisə, bu rəqəm 2010-cu ildə 8,4%-lə ən yüksək zirvəyə qalxıb və 2016-cı ildə cəmi 1,7% olub. Ölkənin ixracatına gəldikdə, Pakistan 2014-cü ildə 0,1 milyard dollar dəyərində hərbi texnika satıb. Digər illərdə bu daha az olduğundan statistikalarda o qədər də aydın əks olunmayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Asiya   Ordu  

Dünyanın ən çox əsgərə sahib regionu Cənubi Asiyadır

2019/02/5c666-1550236864.jpg
Oxunub: 1446     16:40     19 Noyabr 2019    