Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə naziri Davit Tonoyan Kipr Müdafiə naziri Savas Anqelidislə birgə mətbuat konfransı zamanı deyib.
Məlumata görə, bundan sonra Ermənistanla Kipr müdafiə sahəsində 13 istiqamət üzrə yox, 15 istiqamət üzrə əməkdaşlıq edəcək. Bu, xüsusilə Yaxın Şərq olmaqla informasiya mübadiləsi sahəsi və müddətli hərbi xidmətin təşkili sahəsində təcrübə mübadiləsi sahələrindən ibarətdir.
Alpər Mövludoğlu
Ordu.az