“Qarabağ Yaxın Şərqlə bağlı geosiyasi məsələyə çevrilib” - Tarasov

2019/02/maxre-1549975009.jpg
Oxunub: 1128     16:35     12 Fevral 2019    
“16-18 fevral tarixlərində Münxendə təhlükəsizlik məsələləri üzrə növbəti iclas keçiriləcək. Burada həmçinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın görüşü baş tuta bilər”.

Ordu.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov Xarici İşlər nazirlərinin ehtimal edilən görüşünü şərh edərkən bildirib.

O qeyd edib ki, əvvəllər hamı məhz vasitəçilər tərəfindən Xarici İşlər nazirlərinin görüşlərinin təşkili formasına uyğunlaşmışdı.

“Həmin görüşlərdə həmsədrlər yeni layihələr, əlavə addımlar təklif edir, cəbhə xəttində gərginliyin zəifləməsinə dəstək verirdilər. Hazırda vasitəçilərlə görüş Mnatsakanyan-Məmmdəyarov təmasları nəticəsində təşkil edilir”, - deyə Tarasov bildirib.

Onun sözlərinə görə, bundan irəli gələrək hesab etmək olar ki, əgər Münxendə Mnatsakanyan-Məmmədyarov görüşü hazırlanırsa, bu iş həmsədrlər tərəfindən aparılmır. Digər bir önəmli məqam Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Düşənbə və Davosdakı görüşləridir. Bu görüşlər də həmsədrlərin səyi olmadan baş tutub.

“Bu vəziyyəti nəzərə alaraq, Məmmədyarov-Mnatsakanyan və Əliyev-Paşinyan cütlüyünün fəaliyyəti nəticəsində əldə edilmiş mövqelər möhkəmləndirilməlidir, lakin hansısa səbəblərdən maneələr baş verir... Lakin bunu kim, niyə edib - suallar yaradır. Başqa bir şey ortaya çıxır. Münaqişənin nizamlanması məsələsində diplomatik irəliləyiş üçün keçmiş şəxslər ya yox olur, yaxud da daralır. Bizim fikrimizcə, vəziyyət ATƏT-in Minsk Qrupunun nəzarəti altına qayıdacaq. Son təcrübə onu göstərir ki, bu cür mürəkkəb münaqişənin Mnatsakanyan-Məmmədyarov və Əliyev-Paşinyan arasında baş tutan ayaqüstü 5-6 görüş sayəsində həll ediləcəyini ehtimal etmək siyasi çatdır”, - deyə Tarasov ifadə edib.

O bildirib ki, Qarabağ Ermənistan və Azərbaycan arasında münaqişə çərçivəsindən çoxdan çıxıb və Yaxın Şərqlə bağlı geosiyasi məsələyə çevrilib.

“Bu cür əsaslı məsələləri dərk etməmək diplomatik dalana aparır və aparıb da. Buna görə də əgər Münxendə Məmmədyarov-Mnatsakanyan görüşü baş tutarsa, nazirlər məcburi şəkildə hər şeyi sıfırdan başlamalı olacaqlar”, - deyə Tarasov əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Qarabağ Yaxın Şərqlə bağlı geosiyasi məsələyə çevrilib” - Tarasov

2019/02/maxre-1549975009.jpg
Oxunub: 1129     16:35     12 Fevral 2019    