Ermənistanın 7 bəndlik müdafiə siyasətinə CAVAB (HƏRBİ EKSPERT)

2019/02/15338-1549961957.jpg
Oxunub: 2858     12:51     12 Fevral 2019    
2019-cu ilin 6 fevral tarixində Ermənistan parlamentinə təqdim edilən hökumətin proqramı açıqlanıb. Açıqlanan proqramın müddəalarına nəzər salaraq bəzi məsələlərə aydınlıq gətirməyə çalışaq.

Proqramın ilk bəndi belə başlayır:

1. Paşinyan hökuməti müharibə vəziyyətində nə edəcək?

“Ermənistanın müdafiəsinin ən mühüm vasitəsi hökumətin təsəvvürünə görə döyüşə hazır silahlı qüvvələri olan, siyasətdən kənar, təkmilləşdirilən və müasirləşdirilən müdafiə sisteminin yaradılmasıdır. Hökumətin proqramına əsasən, “bu sistem demokratik və mülki nəzarətdə olan hərbi-siyasi faydalı imkanları, müasir hərbi sənaye və hərbi elmləri səmərəli şəkildə tətbiq etməlidir.

Hökumət, hərbi təhdidlərin gözlənilən səviyyəsinə və mümkün müharibənin təbiətinə uyğun olaraq, Ermənistana qarşı silahlı təxribatı susdurmaq və qarşısını almaq, müharibə zamanı isə hərbi əməliyyatları ən erkən mümkün mərhələdə və Ermənistan üçün münasib şəraitdə dayandırmaq üçün dövlətin müdafiə qabiliyyətinin səviyyəsini artırmağı hədəfləyir”.

Əvvəla Ermənistanın müdafiə üçün tam döyüşə hazır silahlı qüvvələrinin yaradılması, ölkənin mövcud vəziyyətini və ordunun mövcud say tərkibini, o cümlədən silahlanmasını nəzərə alaraq elə də asan vəzifə hesab edilə bilməz. Ermənistan iqtisadiyyatının imkanları hazırkı dövrdə silahlı qüvvələrin tələb etdiyi müasir və modern müdafiə sisteminin yaradılmasını və hərbi elmi-texniki tərəqqinin tətbiq edilməsini istisna edir. Ermənistanın hərbi büdcəsindən maaş, ərzaq, əşya, sursat, yanacaq, tibbi və s. təminat növlərinə ayrılan vəsaitləri çıxdıqdan sonra yerdə qalan maliyyə resursları əsasən ordunun atıcı silahlarını, rabitə vasitələrinin və mühəndis texnikalarının kiçik bir hissəsinin mərhələli şəkildə, bir neçə il ərzində dəyişdirilməsinə imkan verə bilər. Bu da yalnız tam şəffaf və korrupsiya faktlarının istisna edildiyi bir şəraitdə mümkündür.

Ordunun siyasətdən kənar tutulması çox asan prosesdir, bunu etmək üçün silahlı qüvvələrə Müdafiə naziri deyil, Baş Qərargah rəisi rəhbərlik edir, general və ali zabit heyəti yalnız Ali Hərbi Şura tərəfindən səsvermə yolu ilə seçilir və Baş Qərargah tərəfindən vəzifələrə təsdiq edilir. General rütbələrini isə Baş nazir yalnız formal olaraq təsdiq edir. Bütün şəxsi heyət hərbi xidmət dövründə seçkilərdə iştirak etmir. Bunların yerinə yetiriləcəyi təqdirdə ordunu siyasətdən kənar tutmaq mümkündür.

Silahlı Qüvvələrə demokratik və mülki nəzarətin təşkili bir çox ölkələrdə tətbiq edilir, məhdud resurslara malik Ermənistanın bu bəndi tətbiq etməsi nəzəri olaraq mümkündür, lakin bu nəzarət nəticəsində ictimaiyyət hərbi qulluqçulara müvafiq silah və texnika ilə bərabər müvafiq yaşayış, qida, təchizat və təminat şəraitinin yaradılmasını tələb edəcək, bunu təmin etmək üçün isə hansısa maddələrə ayrılan maliyyə vəsaitlərinin istiqaməti mütləq dəyişdirilməlidir. Bu isə onsuzda çalxalan idarəetmədə disbalans yarada bilər.

Hərbi sənaye və hərbi elmlərin səmərəli şəkildə tətbiq edilməsi, hələ də Ermənistanda elmi tədqiqat insitutlarının sayının digər sənaye müəssisələrinin sayı kimi azalmaqda davam etməsi ilə uzlaşmır. İrəvan şəhərində iki, Abovyan şəhərində iki, Aparan şəhərində bir, Dilican şəhərində bir, Üçmüədzin şəhərində bir hərbi sənaye müəssisənin bağlanmasını izah etmək elə də asan deyil. Bu zavod və fabriklərdə çalışan az-çox təcrübəyə malik kadrların əksəriyyəti ölkəni tərk etməyə məcbur olublar.

2. Ermənistanın beynəlxalq hərbi-siyasi tərəfdaşları kimlərdir?

“Ermənistan hökuməti ikitərəfli və çoxtərəfli hərbi-siyasi ittifaqları və tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir, həmçinin Ermənistan əlaqələrinin milli maraqlar və mövcud hərbi-siyasi ortaqlıqlar əsasında balansını qorumaqda davam etdirəcək”.

Burada diqqət etsək Ermənistan hakimiyyəti qonşu ölkələrlə münasibətlərinə toxunmur, ikitərəfli dedikdə Rusiya ilə, çoxtərəfli dedikdə isə KTMT və Aİ münasibətləri nəzərdə tutur. Deməli ən azı yaxın 5 ildə Ermənistanın qonşularına qarşı nə əsrlik ərazi iddialarından, nə 30 illik işğalçılıq siyasətindən əl çəkəcəyi real görünmür. Yaxın zamana qədər Ermənistan İranla normal münasibətlərə malik idi, bəlkə də buna məcbur idi, lakin son aylarda Paşinyan və partiyasından olan deputatların hər imkanda İran hakimiyyətini sərt tənqid etməsi, soyumaqda olan İrəvan-Tehran münasibətlərinə öz mənfi təsirini göstərməkdədir.

Ermənistanın Gürcüstanda vəziyyətin gərginləşdirilməsi və Dağlıq Qarabağ ssenarisinin Samtsxe-Cavaxetiyada tətbiqi barədə planlarının mövcud olduğu barədə məlumatlar geniş yayılmağa başlayıb.

3. Ermənistanda əhalinin və silahlı qüvvələrin nisbəti necə olacaq?

“Ölkə qarşısında duran çətinliklərin uzunmüddətli xarakterinə əsasən, hökumət gələcək beş il ərzində əhaliyə nisbətən, daha böyük miqyasda silahlı qüvvələr saxlayacaq.

Hökumət məcburi müddətli və müqaviləli xidmətin tamamlayıcı sisteminin mütəmadi təkmilləşdirilməsinin nəzərdən keçirilməsini vacib məsələ hesab edir”.

Avropada Adi Silahlı Qüvvələr Müqaviləsinə (AASQM) görə, Ermənistan 60000 nəfərlik şəxsi heyətə, 110 ədəd tanka, 140 ədəd zirehli döyüş vasitəsinə, 239 ədəd 100 mm-dən böyük çapa malik artilleriya qurğusuna, 16 ədəd döyüş təyyarəsinə, 15 zərbə helikopterinə malik silahlı qüvvələr saxlamaq kvotasına malikdir. Lakin Ermənistan indiyə qədər 45000 nəfərlik ordunu belə silahlandırmağa nail ola bilməyib. Əsas silah kateqoriyaları üzrə mövcud say tərkibi kvotalardan azdır. Texniki vəziyyətinə görə, sıradan olmayan texniki vasitələrin sayını ümumi rəqəmdən çıxsaq ortalama təchizat kvotanın 50% nisbətində dəyişəcək. Göstəricilərin bu qədər aşağı olması şəxsi heyət və texnika ilə 100% komplektləşdirilmiş maliyyə çatışmazlığı ilə birbaşa əlaqəlidir.

Hökumətin müqaviləli xidməti mütəmadi təkmilləşdirilməsi, onu müddətli hərbi xidmətin tamamlayıcı amili kimi nəzərdən keçirməsi isə məcburiyyət qarşısında qəbul edilən qərardır. Ordunun şəxsi heyətlə təminatında olan boşluqları, ölkədən getməyə hazırlaşan yerli əhalini növbə ilə səngərdə mühafizə işlərinə cəlb etmək hesabına qapadılmasını ictimaiyyətə hərbi xidmətin tamamlayıcı faktoru kimi təqdim edirlər.

Belə bir qərar hələ əvvəlki Baş nazir Serj Sarkisyanın hakimiyyəti dövründə “Xalq-Ordu” konsepsiyası adı altında həyata keçirilməyə başlanmışdı. 2016-ci ildə Qarabağ ərazisində gedən əməliyyatlarda erməni hərbi-siyasi hakimiyyətinin məğlubiyyətini ört-basdır etmək üçün həyata keçirilən konsepsiya, ordu ilə xalğı birləşdirmək adı ilə, əslində hərbi diktatura üçün zəmin yaratmaq məqsədilə həyata keçirilirdi. Görünür Paşinyan rejimi bu istiamətdə sələfinin yolunu davam etdirməyə qərar verib.

4. Ermənistan ordusunda vəzifə hissi nə ilə əvəz ediləcək?

“Hökumət orduda vəzifə hissini şüurlu bir missiya ilə əvəz etmək üçün ardıcıl addımlar atmağa dair vəd edir”.

Ermənistan rəhbərliyi orduda xidmət edən hər bir hərbi qulluqçunun öz vəzifə borclarını şüurlu şəkildə icra etməsi üçün müəyyən addımlar atacağının anonsunu verir. Yeni bir hərbi texnologiya icad etdiklərinin illüziyasını yaradanlara yuxarıdakı vəzifənin yerinə yetirilməsi üçün bütün dünyada qəbul edilən düsturun çoxdan mövcud olduğunu xatırlatmağa dəyər: Peşəkar ordu.

Əlbəttə ki, peşəkar orduya keçməklə kriminal keçmişə malik, fiziki və mənəvi hazırlığı zəif olan şəxsi heyətin xidmətə cəlb edilməsinin qarşısı alına bilər. Çağırışın ləğv edilməsi hərbi komissarlıq sisteminin ştatının ciddi azalmasına və onun yaratdığı korrupsiya hallarının aradan qaldırılmasına səbəb ola bilər. Məcburən erməni ordusuna cəlb edilən şəxsi heyətin arasında sağlamlığında ciddi problemləri olan çox sayda çağırışçıya rast gəlmək də mümkündür. Lakin peşəkar ordu üçün seçim imkanı daha genişdir.

Orduya şəffaf seçim əsasında birincisi üç illik olmaqla müqavilə ilə qəbul edilən şəxsi heyətə layiqli əmək haqqı ödəməklə ciddi nəticələr əldə edilə bilər. Orduda xidmət edən zabit, gizir və müqaviləli heyətin ev, yüksək maaş, imtiyazlar, ailələrinin sosial təminatı onların öz vəzifə borclarının şüurlu şəkildə yerinə yetirmələrinin əsas komponenti olmalıdır. Lakin keçən ilin avqustunda erməni hərbçilərinin əmək haqqlarında azalma, reallıqla kağız üzərində qurulan planlar arasında uçurumdan xəbər verir.

Daha sonra isə, noyabrın 12-də keçirilən brifinqdə Müdafiə naziri David Tonoyan 2019-cu il üçün hərbi büdcənin 26.6% artmasına baxmayaraq, hərbçilərin maaşlarının artırılmayacağını bildirdi. Əgər büdcə artımı hərbi qulluqçularının məvaciblərinə müsbət təsir etməyəcəksə, ordu mənsublarının öz vəzifə borclarını şüurlu şəkildə yerinə yetirəcəklərinə ümid etməyə dəyməz.

5. Ermənistan ordusu ağıllı texnologiyalardan istifadə edə bilərmi?

“Hökumətin proqramına əsasən, ön xəttin texniki təchizatının davamlı komplektləşdirilməsi, döyüş növbətçiliyinin təhlükəsizliyinin və səmərəliliyinin artırılması diqqət mərkəzində olacaq.

Silahlı qüvvələrin idarəetmə sisteminin kifayət qədər avtomatlaşdırılmış, müasir hərbi əməliyyatların aparılmasında kifayət qədər operativ olması, hərəkətli və texnoloji, təchizatlanma üstünlüyünə malik olması, həmçinin kiber müdafiə üçün zəruri imkanlara malik olan yüksək avtomatlaşdırılmış sistemin təmin edilməsi istiqamətində tədbirlər görüləcək.

Hökumət Silahlı Qüvvələrdə yüksək dəqiqlikli raket zərbələri, artilleriya və hava əleyhinə müdafiə, çoxfunksiyalı aviasiya, avtomatlaşdırılmış və robotlaşdırılmış hava və yer müasir sistemlərini artırmaqla, zəruri dərinlikdə kəşfiyyat, hərbi yürüş və atəşlə məhvetmə effektivliyi məsafəsini, dəqiqliyini, o cümlədən səmərəliliyini qaldırmaq niyyətindədir”.

25 ildən artıqdır ki, Ermənistan hakimiyyətinin ön xəttdə yerləşən bölmələrin təchizatını yaxşılaşdıracağı barədə vədlər eşidirik. Lakin dəfələrlə mətbuatda dərc edilən informasiyalar bunu təkzib edir. Döyüş növbətçiliyi zamanı təhlükəsizliyin təşkilində ermənilərin bəlli bir nəticə əldə etdiyini etiraf etmək lazımdır. Bunun üçün son 5 ayda ön xətdə baş verənlərə diqqət etmək yetərlidir.

Ermənistan silahlı qüvvələrinin idarəetmə sisteminin kifayət qədər avtomatlaşdırılması məsələsinə bir neçə gün əvvəl toxunmuşuq, bu kifayət qədər bahalı bir “delikatesdir”. Hazırda Ermənistan ordusu avtomatlaşdırmanın kiber müdafiə ilə birgə tətbiqini reallaşdırmaq imkanından mərhumdur. Bunun üçün zəruri elmi, texniki və maddi resurlar hələ mövcud deyil. Təchizat üstünlüyü əldə etmək üçün ixracyönümlü ciddi hərbi sənaye potensialına ehtiyac var.

Paşinyan hökumətinin verdiyi vədlərə diqqət etsək, əldə etməyi düşünülən uzaqmənzilli YARS-lar, HHM və çoxməqsədli aviasiya vasitələri, avtomatlaşdırılan və robotlaşdırılan texnikalar və s. hər bir ordunun silahlanmasının vacib komponentidir. Xatırladırım ki, Ermənistan Rusiyadan silahlanma üçün əldə etdiyi 200 və 100 milyonluq kreditin 10%-ni belə ödəmək üçün bir neçə il “gücənməli” oldu. Sadalananlar isə yalnız Ermənistanın dövlət büdcəsi hesabına, yenə də məhdud sayda əldə etmək mümkün ola bilər.

Belə bəyanatların səsləndirilməsi, Ermənistan rəhbərliyinin real döyüş vasitələrinin say tərkibinə görə Azərbaycandan geri qaldığına görə tənqidlərə məruz qalması ilə bağlıdır.

Məsələn, Ermənistan ordusunun bu gün ağır artilleriya ilə təchizatına baxsaq, 4-8 ədəd Çinin WM-80 və 8-12 ədəd Rusiyanın”Smerç” YARS-larına rast gələcəyik. Azərbaycan isə arsenalında 30 ədəd “Smerç”, azı 10 ədəd “Polonez” və 21 ədəd Çin-Türkiyə birgə istehsalı olan T-300 “Qasırğa” YARS-larına malikdir. Burada ən yaxşı halda 20, ən pis halda 12 ədəd erməni artilleriya vasitəsini 61 ədəd, həm də ən müasir Azərbaycan YARS-ları ilə müqayisə etmək çətin deyil. Əslində rəqəmlər olan yerdə əlavə ediləcək bir söz də qalmır.

6. Ermənistanın silah istehsalında potensialı varmı?

“Proqram yerli hərbi sənayenin inkişafının, təhlükəsizliyin ən mühüm tərkib hissəsi olacağını nəzərdə tutur. Bu mövzuda açıqlanan proqramda heç bir məlumat yoxdur”.

Hərbi sənaye məhsullarının istehsal həcminin artırılması üçün bir çox ölkələr bənzər proqramlar qəbul edirlər. Lakin son ildə Ermənistan HSDK-nın bağlanan 10-dan artıq siyahısına nəzər saldıqda bu maddənin pafoslu bir bəyanatdan başqa bir şey olmadığı məlum olur.

Son illərdə Ermənistan Müdafiə Nazirliyinin HHM vasitələrinin təmirini və modernləşdirilməsini həyata keçirən “Avtomatika” Elmi İstehsalat Birliyinin, eləcə də bir neçə digər hərbi sənaye müəssisəsinin yüz milyonlarla dram dövlət vəsaitini mənimsədiyinə görə müvafiq sənədlər Ermənistan Respublika Prokurorluğuna göndərilib. Dövlət vəsaitlərinin davamlı olaraq mənimsənilməsi nəticəsində bir neçə müəssisənin səhmlərinin 70-80%-i dövlət əmlakının idarə olunması departamentinə verilib. Şirkətlərin məhsul istehsal etmədən vəsaitlər əldə etməsinə baxmayaraq, şirkət yenə də borc içində boğulur, belə sənaye müəssisələri ilə yerli istehsalda ciddi nəticələr əldə etmək qeyri-mümkündür.

Ermənistanın məhdud resurslara malik olması həm MN-in yeni silahlar əldə etməsinə, həm də Hərbi Sənaye Kompleksinin (HSK) istehsal potensialını ehtiyac olan səviyyəyə qədər artırmağa imkan vermir. Hər il müxtəlif komissiyalar yaradılır, planlar tərtib edilir, lakin real sektorda nəzərdə tutulan hədəflərin əldə edilməsi mümkün olmur. Bunun əsas səbəblərindən biri hərbi və hərbi-sənaye kompleksinin büdcəsinin ciddi kəsirlərə malik olmasıdır.

7. Ermənistan 28 ildən sonra ləyaqətli çavuş yetişdirmək istəyir?

“Hökumət ləyaqət və təhsil standartlarına əsaslanan karyera inkişaf siyasətini həyata keçirəcək və peşəkar çavuş sistemini inkişaf etdirəcək”.

Bu bənddə Ermənistan ordusunun ləyaqətli və təhsilli çavuşlarla təchizatından söhbət gedir. Təhsil məsələsini reallaşdırmaq mümkündür, 5-10 nəfər ehtiyatda olan zabit cəlb etməklə problem həll edilə bilər. Lakin BMT tərəfindən tanınan bütün qonşularına qarşı ərazi iddiaları irəli sürən işğalçı bir ordu rəhbərliyinin ləyaqətdən danışması təmamilə yersizdir.

Peşəkar ordu yetişdirilməsinin şərtləri çağırışa əsaslanan orduların hazırlanmasından tam fərqlənir. Hazırda Ermənistan ordusununun döyüş hazırlığına ayrılan sursat və maddi texniki təminat vasitələrinin miqdarı şəxsi heyətin standartlara uyğun şəkildə hərtərəfli hazırlığına imkan vermir. Bu çatışmazlığın aradan qaldırılması isə ən azı sursat və maddi vəsaitlərin sərfiyyatını 2-3 dəfə artırmağı vacib edir. Bu isə yaxın 5-6 ilin perspektivlərinə aid deyil.

Digər tərəfdən isə bu bəndin proqrama daxil edilməsinin əsas məqsədi cəbhə kəndlərində yaşayan gənc əhalinin Ermənistandan digər ölkələrə miqrasiyasının qarşısını almaqdan və demoqrafiya problemini nisbətən həll etməkdən ibarətdir. Kənddə yaşayan bir şəxsin ayın 15 günündə ön xətdə döyüş növbətçiliyinə cəlb edilməsini ictimaiyyətə “ləyaqətli və təhsilli peşəkar ordu yaradılması” kimi təqdim etmək əslində artıq heç kimi təəccübləndirmir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ordu   Zorakılıq   Ölüm   Dedovşina  

Ermənistanın 7 bəndlik müdafiə siyasətinə CAVAB (HƏRBİ EKSPERT)

2019/02/15338-1549961957.jpg
Oxunub: 2859     12:51     12 Fevral 2019    