Rusiyanın 9M729 qanadlı raketlərinin yerləri aşkarlanıb

2019/02/9M729-1549956458.jpg
Oxunub: 817     11:26     12 Fevral 2019    
Almaniyanın “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti Rusiya ordusunun yerləşdirdiyi və yerinin açıqlanmadığı 9M729 qanadlı raketlərinin məkanlarını üzə çıxarıb.

Ordu.az xəbər verir ki, qəzet istinad kimi Qərb kəşfiyyat idarələrindən olan mənbələri göstərib.

Bildirilib ki, raket diviziyaları Şimali Osetiyadakı Mosdok və Moskva yaxınlığındakı Şuya şəhərində yerləşir. Üstəlik Rusiyanın 4 ədəd 9M729 raket diviziyasından hər birinin dörd raketlə təchiz edilmiş dörd təkərli atıcı qurğusu var. Bu o deməkdir ki, Rusiyanın azı 64 belə raketi mövcuddur və onlar həm ənənəvi, həm də nüvə başlığı daşıya bilər.

Məqalədə deyilir ki, 2350 kilometr mənzilə sahib bu raketlər yerləşdirildikləri məkanlardan Şərqi və Şimali Avropaya çata bilər. Hətta eyni növ raketlərin ölkənin qərbində yerləşdirilməsi bütövlükdə Avropanı təhdid edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   9M729  

Rusiyanın 9M729 qanadlı raketlərinin yerləri aşkarlanıb

2019/02/9M729-1549956458.jpg
Oxunub: 818     11:26     12 Fevral 2019    