Yaxın Şərqə silah satışı iki dəfə artıb - HESABAT

2019/02/thumb-1549892219.jpg
Oxunub: 524     16:57     11 Fevral 2019    
2013-2017-ci illər arasındakı 5 il ərzində Yaxın Şərq ölkələrinə edilən silah satışında iki dəfə artım müşahidə edilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə cari ilə aid “Münhen Təhlükəsizlik Hesabatı”nda göstərilib.

Hesabatda bildirilir ki, adıçəkilən region ölkələrinin əsas silah ixracatçısı ABŞ, (53%), Fransa (11%) və Birləşmiş Krallıqdır (10%). Bu ölkələrə edilən silah satışının 2%-i isə Türkiyənin payına düşür.

Sənəddə həmçinin o da göstərilib ki, dünyada Ümumi Daxili Məhsuluna nisbətlə silah idxalına ən çox pul xərcləyən 10 ölkədən 7-si Yaxın Şərqdə yerləşir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yaxın-Şərq   Silah-Satışı  

Yaxın Şərqə silah satışı iki dəfə artıb - HESABAT

2019/02/thumb-1549892219.jpg
Oxunub: 525     16:57     11 Fevral 2019    