Rusiya Ka-52 hücum helikopterini modernizasiya edəcək

2019/02/39724-1549890043.jpg
Oxunub: 649     20:41     11 Fevral 2019    
Rusiya Suriyadakı istifadəsi nəticəsində əldə edilmiş təcrübələrə əsaslanaraq Ka-52 “Alligator” hücum helikopterlərini modernizasiya edəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Russian Helicopters”in icraçı direktoru Andrey Boqinski bildirib.

Onun sözlərinə görə, modernizasiya tələbləri Suriyadakı döyüş təcrübələri əsasında hazırlanıb və hazırda bu helikopterlərdəki generatorların yeniləri ilə əvəzlənməsi istiqamətində işlər görülür. Ka-52-lər üzərində aparılan yeniləmə çalışmalarına onların elektro-optik sistemlərinin dəyişdirilməsi də aiddir.

Qeyd edək ki, bu helikopterlər rəqibin tankları, zirehli və zirehsiz vasitələri, canlı qüvvəsini, eləcə də, aviasiya vasitəsini məhv etmək məqsədi dizayn edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ka-52  

Rusiya Ka-52 hücum helikopterini modernizasiya edəcək

2019/02/39724-1549890043.jpg
Oxunub: 650     20:41     11 Fevral 2019    